Ukraynaya daha 4 HİMARS
12 ədəd ABŞ artilleriya sistemi ilə Rusiya qüvvələrini yavaşıtmaq mümkün olub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Amerika Birləşmiş Ştatları bildirib ki, yeni 400 milyon dollarlıq silah paketi çərçivəsində Ukraynaya daha çox uzaqvuran zenit raket sistemləri və sərrast atan artilleriya qurğuları veriləcək. Yeni paketə 4 HİMARS (High Mobility Artillery Rocket Systems) yaylım atəşli raket sistemləri daxildir.
Bu barədə məlumatı iyulun 8-də Pentaqonun vəzifəli rəsmisi verib.
Adının çəkilməsini istəməyən rəsmi deyib ki, beləliklə Ukraynanın sahib olduğu HIMARS sistemlərinin sayı 12-ə çatıb.
Bu da xəbər verilir ki, ABŞ bu sistemləri Ukraynaya Kiyev onlarla Rusiyanın ərazisini vurmayacağına dair zəmanət verdikdən sonra təchiz etmək qərarına gəlib.
Ukrayna bu sistemlərdən Rusiya qüvvələrinin silah anbarları kimi hədəflərini uzaq məsafədən vurmaq üçün istifadə edir.
Rəsmi bildirib ki, bu sistemlərdən Ukrayna ərazisindən kənarı vurmaq üçün istifadə olunmayıb.
Onun sözlərinə görə Ukrayna qüvvələri bu sistemlərdən Ukrayna ərazisindəki Rusiya qüvvələrini cəbhə xəttinin dərinliyində vurmaq üçün uğurla istifadə edirlər.
Bu zərbələr nəticəsində Rusiyanın artilleriya zərbələri endirmək potensialına ciddi ziyan vurulub.
***
Həmin rəsmi bunu da deyib ki, ukraynalılar HIMARS sistemlərindən istifadə etməklə Rusiya qüvvələrinin irəliləmə tempini əhəmiyyətli dərəcədə pozublar.
Onun sözlərinə görə Rusiya qüvvələri bu yazınlarda Ukraynanın şərqində azacıq irəliləyərək bir neçə məntəqəni ələ keçirə bilib, lakin bu onlara böyük itkilər hesabına başa gəlib.
Rusiya Müdafiə Nazirliyi iyulun 3-də bəyan etmişdi ki, Rusiya qüvvələri Ukraynanın şərqindəki Luhansk vilayətini tamamilə nəzarətə alıb.
Ukrayna hərbiyyəsi bu vilayətdə sonuncu istehkam olan Lisiçansk şəhərindən geri çəkildiyini təsdiqləyib.
Ukrayna komandanlığı bildirir ki, onun üçün prioritet əsgərlərinin salamat qalmasıdır.
İyulun 8-də Ukrayna prezidenti Volodimir Zelenski Qərbi daha çox ağır silahlar göndərməyə çağırıb.
Onun sözlərinə görə Rusiya qarşısındakı yaşayış məntəqələrini xəritədən silərək irəliləyir.
Ukrayna hərbiyyəsi bəyan edib ki, kafi sayda HIMARS, SPG kimi silahlarla Rusiya qüvvələrinin qarşısını almaq və əks-hücuma keçmək mümkün olacaq.
Beləliklə ABŞ ötən avqustdan bəri Ukraynaya 15-ci hərbi yardım paketini göndərib.