vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
15:10 | 10 iyul 2022 | Bazar Məqaləyə 765 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çasov Yarda beşmərtəbəli bina vuruldu

11 nəfər ölüb, 4 nəfər yaralanıb, dağıntılar altında daha 34 nəfər qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya Müdafiə Nazirliyi hesab edir ki, Rusiya silahlı qüvvələrinin Donbasdakı növbəti məqsədi Xarkov və Donetski birləşdirən magistral yolda nəzarəti ələ keçirməkdir.

Bu məlumatları Rusiya Müdafiə Nazirliyinin hesabatları da təsdiqləyir: Çasov Yar şəhərinin atəşə tutulması açıq-aydın Baxmuta hücumla bağlıdır. Böyük Britaniya Müdafiə Nazirliyi həmçinin Rusiyanın yeni ehtiyatlarını Rusiya-Ukrayna sərhədinə çəkdiyini bildirir ki, bu da Ukraynada mümkün hücuma hazırlıqdan xəbər verir.

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko Çasov Yarov şəhərində Rusiyanın raket zərbələri endirdiyi yaşayış binasında aparılan son xilasetmə işləri ilə bağlı fotolar paylaşıb.

Pavel Kirilenkonun dediyinə görə, Rusiya qüvvələrinin zərbələrindən sonra beşmərtəbəli binanın dağıntıları altında çoxlu insan var.

“Evin iki girişi tamamilə dağılıb. Xilasedicilər yerində işləyir – dağıntılar altında qalanları xilas etməyə çalışırlar. Yerli sakinlərin sözlərinə görə, orada 9 yaşlı uşaq da daxil olmaqla azı 34 nəfərin olduğu ehtimal edilir”, – Kirilenko yazıb.

Yenilənmiş məlumatlara görə, Donetsk vilayətinin Çasov Yar şəhərində 11 nəfər ölüb, 5 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi isə məlumat yayıb ki, Çasov Yar bölgəsində Amerikanın 155 mm-lik M777 haubitsaları və 30-a qədər ukraynalı hərbçilərinin olduğu anqar “Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli silahları”nın zərbəsi nəticəsində məhv edilib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.