vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
18:46 | 11 iyul 2022 | Bazar ertəsi Məqaləyə 912 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin niyə tələsir?

Kreml ukraynalıların Rusiya pasportu almasını asanlaşdırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident Vladimir Putin iyulun 11-də Ukrayna vəytəndaşlarının Rusiya vətəndaşlığı alması qaydalarını sadələşdirən fərman verib.

Rusiya pasportunun alınması üçün sadələşdirilmiş qaydalar bundan əvvəl yalnız Ukraynanın separatçı Donetsk və Luqansk vilayətinin, qismən də Xerson və Zaporojye vilayətlərinin Rusiya qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin sakinlərinə şamil edilirdi.

Fərmanda deyilir ki, Rusiya tərəfindən tanınmış separatçı respublikalardakı Ukrayna vətəndaşları və ya Ukraynada daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər Rusiya pasportunun sadələşdirilmiş qaydada alınması üçün müraciət edə bilərlər.

Bundan əvvəl rusiyayönlü mənbələr xəbər verirdilər ki, Xerson və Zaporojye vilayətlərində Rusiya vətəndaşlığı verən məntəqələr açılıb.

İndiyədək nə qədər Ukrayna vətəndaşının Rusiya pasportu üçün müraciət etməsi məlum deyil. Lakin Rusiyanın təbliğat kanallarında dərc olunmuş fotolarda belə məntəqələrin qarşısında bir neçə nəfərin dayandığı görünür.

Amma Luqansk və Donetsk vilayətlərində 2019-cu ildən bəri bir neçə üz min sakin Rusiya pasportları alıb.

***

Rusiya qoşunlarının işğal etdiyi ərazilərdə Rusiyaya tabe administrasiyalar yaradılıb.

Bu administrasiyadakılar iddia edirlər ki, bu ərazilər Rusiyaya birləşdirilməlidir.

Bu da xəbər verilirdi ki, bu ərazilərdə Rusiyaya birləşmə üçün referendumların keçirilməsinə hazırlıq gedir.

İyulun 11-ə olan məlumata görə Rusiya qüvvələri habelə Xarkov və Nikolayev vilayətlərinin bəzi ərazilərini zəbt edib.

Ukrayna prezidenti Vladimir Zelenski bugünlərdə bəyan edib ki, ölkənin cənubundakı Xerson və Zaporojye vilayətləri tezliklər işğalçılardan azad ediləcək.

ABŞ bundan əvvəl Putinin Xersdon və Zaporojye sakinlərinə Rusiya vətəndaşlığı verilməsi cəhdlərini kəskin pisləmişdi.

Dövlət Departamentinin bəyanatında deyilirdi: "Biz Rusiya qüvvələrinin işğal olunmuş ərazilərdən adamları necə zorla apardığının şahidi olmuşuq. Biz Rusiya qoşunlarının ukraynalıları necə filtrasiya düşərgələrinə sürməsini görmüşük. Biz Rusiya qoşunlarının bu ərazilərdəki Ukrayna xalqını başqa vasitələrlə necə ram etmək istəməsini görmüşük”.