Qərb silahları nəhayət işləyir
Ukrayna 2 həftədə Rusiya ordusunun 14 silah anbarını məhv edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
-
“Biz cavab verəcəyik”
“ABŞ-ın öz sərhədləri daxilində çoxlu problemləri var, onlarla məşğul olsun”
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
Ukrayna hərbçiləri iyunun sonundan bəri iki həftə ərzində ölkədəki Rusiya işğal qüvvələrinin silah-sursat anbarlarına və digər obyektlərinə 10 dəqiq raket zərbəsi endiriblər. Bu da xəbər verilir ki, sözü gedən hərbi obyektlər düşmənin arxa cəbhəsinin dərinliklərində vurulub.
BBC xəbər verir ki, jurnalistlər açıq mənbələrə əsasən ən azı 14 belə zərbənin endirilməsini qeydə alıblar.
Sözü gedən anbar və hərbi obyektlər Xerson, Zaporojye, Xarkov, Donetsk və Luqansk vilayətlərinin cəbhə xəttindən arxada 5-75 kilometr dərinlikdə vurulub.
Ekspertlər qeyd edirlər ki, Ukrayna qoşunları Rusiya qüvvələrinin komanda məntəqələrinə və silah anbarlarına bundan əvvəl də zərbələr endirirdi, amma bu, bir qayda olaraq ya cəbhə xəttində, ya da diversiya dəstələrinin vasitəsilə mümkün olurdu.
***
İyunun sonundan cəbhə xəttindən uzaqda olan Snejnı, Şaxtyorsk, Perevalsk, Kadiyevkadakı obyektlərə zərbələr endirilib.
Bu ərazilər 2014-cü ildən bəri rusiyayönlü separatçıların nəzaətindədir.
İyulun 11-ə keçən gecə habelə separatçı Luhanskın ərazisinə zərbələr endirilib.
Xəbərdə vurğulanır ki, bu hadisələr barədə nə Ukrayna Silahlı Qüvvələrinin komandanlığı, nə də Rusiya Müdafiə Nazirliyi məlumat verməyiblər.
Buna baxmayaraq sosial şəbəkələrdə bu zərbə və partlayışlardan bəzilərinin görüntüləri yayılıb.
Qoşunların şəxsi heyəti arasında itkilər barədə də məlumat verilmir.
***
Rusiya qoşunlarının arxasındakı hərbi obyektlərə zərbələrin artmasını Ukrayna məmurları da təsdiqləyirlər.
Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə “nəhayət ki, Qərb artilleriyası bütün gücü ilə işləməyə başlayıb”.
Rusiya qüvvələrinin dərinliyində hərbi obyektlərin vurulması Ukraynaya ABŞ-ın yaylım atəşli zennit raket sistemi – HIMARS sistemlərinin gətirilməsi ilə eyni vaxta təsadüf edir.
Bu raketlər 70-80 kilometr məsafəni dəqiq vura bilir.
Rusiya qüvvələrinin silah anbarlarına bir neçə zərbə məhz bu raketlərlə vurulub.
Bunu separatçıların dərc etdiyi fotolardan da görmək olar.
ABŞ-ın Müdafiə Nazirliyi bildirib ki, Ukrayna yeni silahlardan “uğurla” istifadə edir.
Hazırda ABŞ Ukraynaya 12 ədəd HIMARS qurğusu verib.
Ukrayna hökuməti bildirir ki, Rusiya qüvvələri üzərinə əks-hücumda bu sistemlər çox ciddi rol oynayacaq.