vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
20:03 | 11 iyul 2022 | Bazar ertəsi Məqaləyə 739 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynalılar Britaniyada hərbi təlimlərdə

Mülki insanlar sürətlə effektiv əsgərlərə çevrilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir çoxunun heç bir hərbi təcrübəsi olmayan Ukrayna əsgərlərinin ilk dəstəsi Böyük Britaniyaya gedib. Belə ki, bu Şərqi Avropa dövləti Rusiyaya qarşı müharibədə Ukraynanın həlak olan və yaralanan qoşunlarını əvəz etmək üçün döyüş hazırlığı keçir.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, 10 minə qədər ukraynalı əsgərə silahlarla davranma, döyüş meydanında ilk yardım və patrul taktikaları öyrətmək məqsədi daşıyan proqramın birinci mərhələsində ilk bir neçə yüz nəfər Britaniya ərazisində təlim keçir. Bu, Ukraynaya 2,3 milyard funt-sterlinq (2,8 milyard dollar) tank əleyhinə silahlar, raket sistemləri və digər texnikanı əhatə edən geniş dəstək paketinin bir hissəsidir.

“Britaniya Ordusunun dünya səviyyəli təcrübəsindən istifadə edərək biz öz ölkələrinin suverenliyini və öz gələcəyini seçmək haqqını müdafiə edən Ukraynaya qüvvələrini bərpa etməyə və müqavimətini artırmağa yardım edəcəyik”, – deyə, müdafiə naziri Ben Volles bildirib.

Proqram çərçivəsində Britaniya ukraynalıların məşq etmələri üçün cəbhə xəttində istifadə edəcəkləri AK tipli tüfənglər alıb. Birləşmiş Krallıq onları dəbilqələr, zirehli gödəkçələr, göz, qulaq və çanaq orqanlarının mühafizəsi üçün təchizat, ilk yardım dəstləri, həmçinin səhra geyimləri və çəkmələri də daxil olmaqla, fərdi mühafizə vasitələri ilə təmin edəcək.

Çavuş Den Hayes Londonun “Times” qəzetinə məqsədin mülki insanları sürətlə effektiv əsgərlərə çevirmək olduğunu deyib.

“Bu adamlar ya yük maşını sürücüsü idi , ya karxanalarda, ya da dükanda şləyirdi. Mən 14 il orduda olmuşam və onlara yardım etmək qərarına gəldim. Bu uşaqlar hamısı mülki vətəndaşlardır və biz əlimizdən gələni edirik, çünki onların buna ehtiyacı olacağını bilirik”, – deyə Hayes bildirib.