vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
08:58 | 12 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 810 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna işğalçıların silah anbarına zərbə endirdi

Rusiya qüvvələri sursatları alova qarşı həssas olan selitraların yanında saxlayıb?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Silahlı Qüvvələri işğal olunmuş Xerson vilayətinin Novaya Kaxovka şəhərinə ağır raket zərbələri endirib. Bu barədə məlumatı Xerson hərbi administrasiyası başçısının müşaviri Sergey Xlan verib.

Sosial media şəbəkələrində güclü partlayışı əks etdirən videolar yayılıb.

Ukrayna mediası Odessa administrasiyasının sözçüsü Sergey Bratçuka istinadən yazır ki, zərbə Rusiya qüvvələrinin silah-sursat anbarlarına endirilib.

Rusiyanın dövlət xəbər agentliyi TASS və “RİA Novosti” bildirirlər ki, şora (selitra) saxlanan anbarlar hücuma məruz qalıb, amma Kaxovskaya su elektrik stansiyasına ziyan dəyməyib.

Bununla belə yaxınlıqdakı bazara, xəstəxanaya və yaşayış evlərinə ziyan dəydiyi bildirilir.

Xerson vilayətində rayon mərkəzi olan Novaya Kaxovka Rusiya qüvvələri tərəfindən müharibənin birinci günündə - 24 fevralda işğal edilib.

Bundan əvvəl açıq mənbələrdə burada şora anbarlarının olması barədə heç bir məlumat olmayıb.