vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
09:22 | 13 iyul 2022 | Çərşənbə Məqaləyə 738 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hicaba yox!”

İranlı qadınlar məcburi örtünməyə qarşı aksiyalar keçirir

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 12-nin İran hökuməti tərəfindən “hicab və İffət günü” adlandırılması ilə eyni vaxtda iranlı qadınlar sosial mediada başlatdıqları “hicaba yox” kampaniyasını küçələrdə davam etdiriblər.

Onlar çadra və yaylıqlarını götürərək küçələrə çıxıb, foto və video çəkdirərək hökumətin onların geyim tərzini təyin etməsi ilə razılaşmadıqlarının bildiriblər.

Sosial mediada yayılan videolarda yüzlərlə qadının xüsusilə böyük şəhərlərin küçələrində yaylıqlarını başlarından götürdükləri, bir neçə yerdə yaylıq və çadraların yandırıldığı görünür.

“Hökumətin zorakı qanunlarının əksinə biz hər gün bu şəkildə evdən çıxıb işə getmək istəyirik”-deyə, sosial mediada videosu yayılan qadınlardan biri deyir.

Qeyd edək ki, bir neçə gün bundan öncə qadınlara qarşı şiddət halları Mədəni İnqilab Şurasının toplantısında İran prezidenti İbrahim Rəisinin dövlət qurumlarına hicabsızlığa qarşı mübarizədə daha əhatəli fəaliyyət göstərmələrini tapşırmasından sonra güclənib.

Rəisinin çıxışından sonra müxtəlif dövlət rəsmiləri, mollalar və idarə rəhbərləri hicabsızlara qarşı sərt tədbirlərin keçirilməsi ilə bağlı fikirlər səsləndiriblər.

Sosial mediada keçirilən müzakirələrdə bildirilir ki, hökumət əhalinin diqqətini əsas iqtisadi. siyasi və sosial problemlərdən yayındırmaq, etirazların istiqamətini dəyişmək üçün süni gündəm yaradır, geyim tərzinə nəzarətin gücləndirilməsi məsələsini ortaya atır.