vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
19:57 | 13 iyul 2022 | Çərşənbə Məqaləyə 696 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... “Nağd pul, iş və yaşayış yeri”

Təcili ehtiyaclar barədə suala ən çox verilən cavablar ...

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin Qaçqınlar Üzrə Agentliyi çərşənbə günü bildirib ki, Rusiyanın fevralın sonunda işğala başlamasından bəri Ukraynadan qaçanların təxminən üçdə ikisi yaxın aylarda getdikləri ölkələrdə qalmağı planlaşdırır.

Beləliklə, Ukraynaya qayıtmağı planlaşdıranlar 16 faiz təşkil edir. Digər 9 faiz onları qəbul edən ölkələrə gedəcəklərini, 10 faiz isə qeyri-müəyyən olduqlarını bildirib.

BMT-nin Qaçqınlar Üzrə Agentliyi bu hesabatı Çexiya, Macarıstan, Moldova, Polşa, Rumıniya və Slovakiyadakı qaçqınlarla müsahibələr və fokus qrupların məlumatlarına əsasən hazırlayıb.

Respondentlərin təxminən yarısı Ukraynanı mart ayında tərk edib və 82 faizi ailələrinin azı bir üzvündən ayrılmalı olduğunu bildirib.

Onları qəbul edən ölkədə əsas təcili ehtiyaclar barədə suala ən çox verilən cavablar “nağd pul, iş və yaşayış yeri” olub.

Agentliyin hesablamalarına görə, iyunun sonunda Avropada azı 5,5 milyon ukraynalı qaçqın olub, 7,1 milyon insan isə Ukrayna daxilində didərgin düşüb.

Agentliyin hesabatında deyilib ki, qaçqınlardan bəziləri qəbul edildikləri cəmiyyətdə xoş qarşılandıqlarını, digərləri isə “qərəzli və yadlıq təcrübələrindən” danışıb.

“Dəstək üçün könüllülərə güvənmək məcburiyyətində qalmaq, habelə yerli dili öyrənmək, xidmətlər və iş imkanları haqqında etibarlı məlumatlar əldə etmək zərurəti ilə bağlı çətinliklər var”, – hesabatda deyilib.