vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
08:24 | 15 iyul 2022 | Cümə Məqaləyə 795 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Son üç ayda ikinci xəbərdarlıq

ABŞ səfirliyi amerikalılara Ukraynanı tərk etməyi məsləhət görür

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatların Ukraynadakı səfirliyi bu ölkədə olan ABŞ vətəndaşlarını onu dərhal tərk etməyə və Ukrayna ərazisinə daxil olmamağa çağırıb.

Səfirliyin saytında iyulun 14-də dərc edilmiş bildirişdə Ukraynadakı amerikalılara habelə adamların kütləvi toplanış yerlərdindən və ictimai tədbirlərdən kənar durmaq tövsiyə edilir.

Bu, son üç ayda Ukraynadakı ABŞ səfirliyinin amerikalılara bu sayaq ilk xəbərdarlığıdır.

Bildirişdə deyilir ki, Rusiyanın davam etməkdə olan hərbi hücumlarına, habelə ölkədə gedən fəal döyüş əməliyyatlarına və qeyri-müəyyən təhlükəsizlik şəraitinə görə bütün Ukrayna ərazisində vəziyyət son dərəcə zorakı və proqnozlaşdırılmayan durumdadır.

ABŞ səfirliyi Ukraynada olan amerikalıları ölkəni yerüstü nəqliyyat vasitələri ilə və fərdi qaydada dərhal tərk etməyə çağırır.

Bildirişdə deyilir ki, Ukraynadakı situasiya son dərəcə dəyişkəndir və vəziyyət hər an xəbərdarlıqsız pisləşə bilər.

Rusiyanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsi başlananda ABŞ-ın və bir çox başqa ölkələrin Kiyevdəki səfirlikləri fəaliyyətlərini dayandırmış, qeyri-diplomatik heyət Ukraynadan çıxarılmışdı.

Bir çox Qərb səfirlikləri müvəqqəti olaraq ölkənin qərbindəki Lvov şəhərinə köçürülmüşdü.