vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
16:07 | 15 iyul 2022 | Cümə Məqaləyə 750 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xarkov gecə bombalanıb

Vinnitsanın vurulmasından sona 3-ü uşaq olmaqla 23 nəfər həlak olub, 39 itkin var

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna hakimiyyəti Rusiya qüvvələrinin iyulun 14-dən 15-nə keçən gecə şimal-qərbdə yerləşən Xarkov regionunu bombaladığını bildirir. Dünən tarixi Vinnitsa şəhərində bombalanmış yaşayış binasında isə xilasetmə işləri davam edir.

Böyük İyirmiliyin (G20) maliyyə liderləri Balidə bir araya gəlir. İndoneziya Rusiyanın Ukraynada apardığı səbəbsiz müharibənin humanitar nəticələrini aradan qaldırmağı hədəfləyən toplantıya ev sahibliyi edir.

***

Xarkov vilayətinin və region mərkəzinin ötən gecə saat 3-də raketlərlə vurulduğu bildirilir. Ukrayna Dövlət Fövqəladə Vəziyyətlər Xidmətinin məlumatına görə, azı bir ev, eləcə də yaxınlıqdakı təhsil ocağı dağıdılıb. İtkilər haqda məlumat yoxdur

Kiyev bir neçə həftədir bildirir ki, Rusiya qüvvələri Xarkovu “cəbhə şəhəri”nə çevirmək istəyirlər. Rusiya müharibənin əvvəlində Kiyevi, Xarkovu tuta bilməyəndən sonra şərq ərazilərə fokuslanıb.

Ötən gün Ukraynanın mərkəzindəki Vinnitsa şəhərinin atəşə tutulması nəticəsində azı 39 nəfər itkin düşüb. Hakim orqanlar azı 23 nəfərin, o cümlədən üç uşağın öldürüldüyünü bildirir.

Azı 52 yaralıdan çoxunun vəziyyəti ağırdır.

***

İndoneziya xəbərdarlıq edib ki, G20-nin maliyyə liderləri ya Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı qlobal iqtisadi təhdidlərin həlli yönündə proqres əldə etməlidir, ya da fəlakətli humanitar nəticələrlə üzləşəcəklər.

ABŞ-ın Maliyyə naziri Canet Yellen Rusiyanın Ukraynadakı “qəddar və ədalətsiz” müharibəsini pisləyib. O deyib ki, toplantıda iştirak edən Rusiya maliyyə rəsmiləri müharibənin “dəhşətli nəticələri” üçün məsuliyyəti paylaşırlar.

ABŞ Prezidenti Co Bayden isə iyulun 14-də İsrailə səfəri zamanı bildirib ki, “Putinin müharibəsi strateji iflasa uğradılmalıdır”.