Qərb silahı rusları yavaşladıb
ABŞ raketləri sovet silahından fərqli olaraq daha dəqiqdir və uzaq məsafəyə uçur
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
-
“Biz cavab verəcəyik”
“ABŞ-ın öz sərhədləri daxilində çoxlu problemləri var, onlarla məşğul olsun”
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
ABŞ və Ukrayna rəsmiləri deyir ki, ABŞ-ın Ukraynanı təmin etdiyi raket sistemləri Rusiyaya qarşı mübarizədə böyük təsir göstərir və Ukrayna qüvvələrinə şərqdəki Donbas bölgəsində Rusiya ordusunun qarşısını almağa yardım edir.
Adının anonim qalması şərtilə müharibəni müzakirə edən ABŞ-ın yüksək səviyyəli ordu rəsmisi deyib ki, ABŞ-ın təmin etdiyi raket sistemi HİMARS Rusiyaya qarşı mübarizədə “çox əhəmiyyətli təsir göstərir.”
Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzianik da HİMARS uzun-mənzilli raket sisteminin oynadığı rolu vurğulayıb.
“Son həftələrdə düşmənin 30-dan çox hərbi logistika obyektləri” məhv edilib, bunun nəticəsində Rusiya qüvvələrinin hücum potensialı əhəmiyyətli dərəcədə azalıb", – Motuzianik cümə günü milli televiziyada çıxışında bildirib.
ABŞ-ın təmin etdiyi raketlər Ukraynanın sovet dövrünə aid artilleriyasından daha dəqiq və daha uzun məsafəni qət edə bilir ki, bu da Ukraynaya cəbhə xəttindən daha uzaqda Rusiya hədəflərini vurmağa imkan verir.
ABŞ-ın yüksək səviyyəsi rəsmisi deyib ki, “Rusiya qüvvələri” “Donbas bölgəsində” hər hansı irəliləyiş əldə etsə belə, bu, kiçik irəliləyişlərdir” və Ukrayna qüvvələri onların qarşısını alır.
ABŞ rəsmisi həmçinin Rusiyanın cümə axşamı Ukraynanın mərkəzində Vinnitsa şəhərində ofis binasına hücumunda hərbi toplantını hədəf aldığına dair iddiasını rədd edib. Kiyev həmin hücum nəticəsində uşaqlar daxil olmaqla, 23 nəfərin öldüyünü bildirib.
“Onun yaxınlığında hər hansı hərbi hədəfin olduğuna dair heç bir işarə yoxdur”, – rəsmi deyib.
Rusiyanın Müdafiə Nazirliyi cümə günü ordu rəsmiləri ilə xarici silah tədarükçüləri arasında görüşü hədəf aldığını bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski cümə günü gündəlik müraciətində deyib ki, Vinnitsa və başqa yerlərə hücumlardan sonra “işğalçılar terrora ədalətli cavabın nə demək olduğunu hiss etməlidirlər”. O deyib ki, “xüsusilə də, bu, sanksiyalar sayəsində hiss ediləcək. Əlbəttə ki, Ukrayna silahlı qüvvələri mütləq öz cavabını verəcək. İşğalçıların artıq rahat gecələri olmayacaq”.
Ukraynada döyüşlərin əksəriyyəti şərqdəki Donbas bölgəsində gedir. Bununla belə, Rusiya qüvvələri ölkənin bir çox başqa yerlərini, cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən şəhərləri də müntəzəm şəkildə atəşə tutur. Onlardan biri cümə axşamı hücuma məruz qalan Vinnitsa şəhəridir.
Ukrayna bildirib ki, Vinnitsaya hücum Rusiyanın Qara dənizdəki sualtı qayığından atılan kruiz raketləri ilə həyata keçirilib.
Ölənlər arasında şəkli viral olan daun sindromlu dörd yaşında bir qız var. Ukrayna rəsmiləri deyir ki, hücumda 100-dən çox insan yaralanıb.
Xilasedici komanda cümə günü dağıntılar altında itkin düşən insanların axtarışını davam etdirib. Şəhər sakinləri güllər və oyuncaq ayı qoyduqları xatirə abidəsi yaradıblar.
Cümə günü Rusiya raketi Dnepr şəhərinə zərbə endirib. Nəticədə üç nəfər ölüb, 15 nəfər xəsarət alıb. Bu barədə qubernatoru Valentin Rezniçenko “Telegram” kanalında bildirib. Qubernator deyib ki, bir fabrik və onun yaxınlığındakı küçələrə raket atılıb.
Ukrayna hava qüvvələri Dneprə atılan daha dörd raketin qarşısını aldığını bildirib.