vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
14:52 | 18 iyul 2022 | Bazar ertəsi Məqaləyə 658 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Toretskdə altı dinc sakin öldürülüb

30 min əhalisi olan şəhər sənaye şərqində Ukraynanın nəzarətində qalan sonunculardandır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya ordusunun Ukraynanın şərqindəki Toretsk şəhərini atəşə tutması nəticəsində altı nəfər həlak olub. Məlumatı Ukrayna fövqəladə xidmət rəsmiləri iyulun 18-də yayıb.

“Səhər tezdən Toretsk atəşə tutulub. İçində adamlar yaşayan ikimərtəbəli bina dağılıb”, – Ukrayna Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidməti sosial mediada yaydığı bəyanatda bildirib.

***

“Xilasedicilər beş nəfərin meyitini aşkarlayıblar. Üç nəfər xilas edilib, onlardan biri xəstəxanada keçinib”, – bəyanatda vurğulanır.

Hadisə yerində işləyən xilasedicilərin fotoları sosial mediada yayılıb. Xilasetmə işlərinin bitdiyi bildirilir.

30 min əhalisi olan Toretsk sənaye şərqində Ukraynanın nəzarətində qalan son şəhərlərdən biri – Kramatorskdan 50 km cənubda yerləşir.

Ukrayna ordusu iyulun 17-də bildirib ki, Rusiya Ukraynada hücumun növbəti mərhələsinə hazırlaşır, Moskva hərbi əməliyyatları gücləndirmək göstərişi verib. Əsas məqsəd isə Donbas sənaye regionundakı Donetsk və Luqansk vilayətlərini tam ələ keçirməkdir. Ukraynanın mərkəzində, şimal-şərqində və cənubunda da hücumlar həyata keçirilir.

***

“Təkcə havadan və də dənizdən raket zərbələri endirilmir. Bütünlükdə cəbhə xətti atəşə tutulur. Taktiki aviasiya və döyüş vertolyotlarından fəal istifadə olunur”, – Ukrayna hərbi kəşfiyyatının sözçüsü Vadim Skibitski deyib.

“Düşmən bütünlükdə cəbhə xəttində fəallaşıb… Hücumun növbəti mərhələsinə hazırlığın getdiyi aşkardır”, – o, sözlərinə əlavə edib.

Kiyev son günlər bəyan edirdi ki, özəlliklə cənub hissədə əraziləri geri almaq üçün nəhəng əkshücuma hazırlaşır.

Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.