vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
11:28 | 19 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 844 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Altı raket HHM-dən yayınıb...

İşğalçılar Odessaya yeddi “Kalibr” atılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident Vladimir Zelenski deyir ki, müasir Qərb silahları sayəsində Ukrayna indi rusiyalı işğalçılara “əhəmiyyətli itkilərə” məruz qoyur. Rəsmilər bu arada Odessa liman şəhərinə raket zərbələrində dinc sakinlərin yaralandığını bildirib.

Zelenski iyulun 18-də gecə videomüraciətində deyib ki, Ukrayna 1028 yaşayış məskənini Rusiya qüvvələrindən azad edib, 2 min 621 məntəqə isə Rusiyanın nəzarətindədir.

Onun sözlərinə görə, Ukrayna qüvvələri “işğalçılara əhəmiyyətli logistik itkilərə məruz qoya bilib”, Rusiya ordusunun işğal olunmuş ərazidə mövqe tutmasını getdikcə çətinləşdirir.

***

“Addım-addım irəliləyir, işğalçıların təchizatını dağıdır, onlarla əməkdaşlıq edənləri müəyyənləşdirib neytrallaşdırırıq. Gələcək aydındır: şəhərlərimizdə və kəndlərimizdə Ukrayna bayrağı asılacaq. Yeganə sual vaxtla bağlıdır”, – prezident söyləyib.

Ukrayna ordusunun komandirlərindən Valeri Zalujni isə bildirib ki, ABŞ istehsalı, uzağı vurmağa qadir HİMARS artilleriya sisteminin “vaxtında gəlişi” döyüş zonasında vəziyyəti dəyişməyə kömək edir.

“Vəziyyəti sabitləşdirə bildik. Mürəkkəbdir, gərgindir, ancaq tamamilə nəzarətdədir”, – Zalujni CNN-ə deyib.

Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday iyulun 19-da deyib ki, “Qərb silahları 100 faiz deyil, 200 faiz işləyir, çünki Rusiyanın anbarları partladılır. Komandanlıq postları da partladılır”.

***

Bu arada Ukraynanın cənubundakı Odessa liman şəhəri Rusiya raketləri ilə vurulub, azı altı nəfər, o cümlədən bir uşaq yaralanıb. Məlumatı iyulun 19-da “Telegram” postunda Odessa hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk yazıb.

Onun sözlərinə görə, Odessaya Qara dənizdən yeddi “Kalibr” qanadlı raketləri atılıb, onlardan altısı Ukraynanın havadan müdafiə sistemlərindən yayınaraq “dinc əhali” olan yerlərə düşüb.

İyulun 18-də Toretsk şəhərinin atəşə tutulması nəticəsində altı nəfər öldürülüb.

Britaniya Müdafiə Nazirliyi iyulun 19-da gündəlik bülletenində bildirir ki, Rusiyanın məqsədi şərqi Donetsk vilayətini tam ələ keçirməkdir.

Ukrayna ordusu da Moskvanın hücumun növbəti mərhələsinə hazırlaşdığını, Donetsk və Luqansk vilayətlərini tam tutmağı hədəflədiyini deyir.

Kiyev özü də son həftələr özəlliklə cənubda itirilmiş əraziləri geri almaq üçün nəhəng əks-hücuma başladığını bəyan edib.