vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
23:19 | 21 iyul 2022 | Cümə axşamı Məqaləyə 714 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Putin təcavüzünə qarşı silahlar”

Londondan Rusiyaya sanksiyalar, Ukraynaya hərbi yardım

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya Rusiyadan qızıl və kömürün idxalına qadağan qoyub. Bu qadağan avqustun 10-dan qüvvəyə minəcək. Londonun Rusiya neftinə qoyduğu embarqo isə dekabrın 31-dən qüvvədə olacaq.

Britaniyanın hökumət saytında dərc edilmiş xəbərdə deyilir: "Neftin və neft məhsullarının, kömürün və kömür məhsullarının və qızılın birbaşa və ya dolayısı ilə alınmasına, gətirilməsinə və çatdırılmasına qadağan qoyulur. Eyni zamanda bu mallar üçün texniki dəstəyin, maliyyə və vasitəçilik xidmətlərinin göstərilməsi qadağan edilir”.

Britaniya hökuməti Rusiya ilə bağlı idxal-ixrac əməliyyatlarına bundan əvvəl sanksiyaları iyun ayında elan etmişdi.

O vaxt London Rusiyaya aviasiya yanacağının, neftlə və onun emalı ilə bağlı mal və texnologiyaların satılmasını, habelə Britaniyanın milli valyutası - funt sterlinqi qadağan etmişdi.

Britaniya bundan başqa Rusiya milli media qrupu direktorlar şurasının sədri Alina Kabayevanın, onun nənəsi Anna Zatsepilinanın, Rus Pravoslav kilsəsinin başçısı patriarx Kirilin, Ukraynanın işğal edilmiş Xerson vilayətindən ukraynalı uşaqların zorla aparılmasına görə Rusiyanın uşaq ombudsmeni Mariya Lvova-Belovanın adlarını sanksiya siyahısına daxil etmişdi.

Britaniya hökuməti habelə Rusiyaya maliyyə və brokerlik xidməti göstərilməsini, Rusiyaya Avropa valyutalarının və funt sterlinqin gətirilməsini qadağan etmişdi.

***

Bu arada Reuters agentliyi yazır ki, Britaniya Ukraynaya artilleriya qurğuları və 1600-dən çox antitank silahları verəcəyini elan edib.

Bu barədə məlumatı Britaniyanın müdafiə naziri Ben Uolles iyulun 21-də verib.

Britaniyanın baş naziri Boris Conson ötən ay Ukraynaya əlavə olaraq 1 milyard funt sterlinqlik (1.2 milyard dollar) hərbi yardım veriləcəyini vəd edib.

Beləliklə Britaniyanın Rusiya təcavüzünə qarşı döyüşən Ukraynaya hərbi yardımlarının ümumi məbləği 2.3 milyard funt sterlinqə çatır.

Uollesin bu barədə bəyantında deyilir: "Beynəlxalq partnyorlarımızla birlikdə biz əmin olmalıyıq ki, Ukraynanın özünü Putinin qanunsuz müdaxiləsindən qoruması üçün bütün alətləri vardır”.

Britaniyanın müdafiə naziri deyib ki, London habelə Ukraynaya anti-artilleriya radarları, yüzlərlə dron və 50 minədək sursat verəcək.

Britaniya indiyədək Ukraynaya 7 min antitank silahları, yüzlərlə raket və zirehli texnika verib, Ukrayna hərbçilərinə təlim keçib.