Rusiya və Ukraynaya xəbərdarlıq
Təşkilat tərəflərə dinc sakinləri daha təhlükəsiz yerlərə köçürməsi üçün çağırış edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
“Human Rights Watch” (“HRW”) insan haqları təşkilatı bildirir ki, həm Rusiya, həm də Ukrayna döyüş əməliyyatları zamanı sakinləri köçürmədən mülki ərazilərdə hərbi bazalar qurmamalıdır.
Nyu-Yorkda yerləşən təşkilat iyulun 21-də bu haqda hesabat yayıb. Hesabatda deyilir ki, Ukraynadakı müharibədə hər iki tərəf məskunlaşmış ərazilərdə qüvvələrini yerləşdirməklə dinc sakinlərə gərəksiz risk yaradıblar. Qurum tərəfləri əvvəlcə dinc sakinləri daha təhlükəsiz yerlərə köçürməyə çağırır. Beynəlxalq humanitar hüquqa görə, münaqişə tərəfləri dinc sakinlərin qorunması üçün bütün mümkün ehtiyat tədbirlər görməlidirlər.
“HRW” Rusiya qüvvələrinin məskunlaşmış ərazilərdə hərbi bazalar qurmasıyla bağlı dörd, Ukrayna tərəfin oxşar addımıyla bağlı üç halı sənədləşdirib. Qurum bildirir ki, bu bazalara hücumlar nəticəsində dinc sakinlər öldürülüb, yaralanıb.
“HRW” hər iki ölkənin müdafiə nazirliklərinə yazaraq silahlı qüvvələrinin dinc sakinlər arasında itkilərin azaldılması üçün hansı tədbirlər görüldüyünü soruşub. Ancaq tərəflərdən heç birindən cavab gəlməyib.
***
Ötən gecə Rusiya qüvvələri Zaporojyedən cənubda yerləşən Nikopol yaşayış məskənini atəşə tutub, azı iki mülki şəxs öldürülüb, doqquzu, o cümlədən bir neçə uşaq yaralanıb. Məlumatı rəsmi Kiyev iyulun 21-də yayıb. Ukrayna qüvvələrinin ölkənin cənubunda və şərqində qarşı tərəfin 100-dən çox əsgərini öldürdüyü bildirilir.
Ukrayna ordusu şərqdə cəbhə xəttini Rusiyanın intensiv atəşə tutduğunu, ancaq Rusiya quru qüvvələrinin irəliləmək cəhdlərinin əsasən alınmadığını qeyd edir.
Qismən tutulmuş Zaporojye vilayətində Rusiyanın təyin etdiyi administrasiya isə bildirir ki, Ukrayna oradakı nüvə enerjisi zavoduna dron zərbəsi endirib, ancaq reaktora ziyan dəyməyib.
***
Britaniya hərbi kəşfiyyatının iyulun 21-də bildirdiyinə görə, Rusiya qüvvələri və Moskvanın dəstəklədiyi separatçılar şərqdə cəbhə xətti boyunca kiçikmiqyaslı hücumları davam etdirirlər.
Rusiya qüvvələri Ukraynanın Donetskdən 50 km şimal-şərqdə yerləşən, ikinci enerji zavodu olan Vuqleqorskaya yaxınlaşmaqdadır. Moskva ölkənin kritik infrastrukturunu ələ keçirməyi prioritet edib, Britaniya kəşfiyyatı gündəlik bülletenində deyir.
Ukrayna Silahlı Qüvvələri iyulun 21-də bildiriblər ki, son 24 saat ərzində 111 rusiyalı əsgər öldürülüb, 17 maşın, o cümlədən texniki vasitə sıradan çıxarılıb.
Rusiyanın Ukrayna müharibəsində indiyədək verdiyi itki sayı 15 minə yaxınlaşır, 45 min yaralı ola bilər. Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Vaşinqtonda deyib.
Rusiya hərbi itkiləri hətta sülh dövründə belə dövlət sirri sayır, müharibə başlayandan itki sayını yeniləməyib.
***
Prezident Vladimir Zelenski iyulun 20-də axşam müraciətində deyib ki, Ukrayna həmçinin Qərb tərəfdaşlarından havadan müdafiə sistemləri almaq üzərində işləyir.
Onun sözlərinə görə, belə sistemlərin verilməsi “əsas paytaxtlarda verilən siyasi qərarlardan” asılıdır. Birinci ledi Alena Zelenska iyulun 20-də ABŞ-da konqresmenlər qarşısında çıxışında da havadan müdafiə məsələsini vurğulayıb, prezident deyib.
Brüsseldə bir araya gələn Aİ diplomatları Rusiyaya yeni sanksiyaları, o cümlədən qızıl idxalına qadağanı, “Sberbank”ın aktivlərinin dondurulmasını müzakirə ediblər. Zelenski isə sanksiyaları yetərsiz adlandırıb.
“Rusiya sülhə vadar edilmək üçün müharibəyə görə daha böyük bədəl verməlidir”, – Zelenski dünən gecəki çıxışında vurğulayıb.
Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.