İşğalçılar Ukraynada hər gün yüzlərlə əsgər itirir
100-dən çox “yüksək dəyərli” Rusiya hədəfi məhv edilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
ABŞ-ın bir yüksək səviyyəli müdafiə rəsmisi iyulun 22-də bildirib ki, Vaşinqton Rusiyanın Ukraynadakı müharibəsində hər gün yüzlərlə itki verdiyinə inanır və işğal başlayandan bəri minlərlə leytenant və kapitanını itirib.
Bu zabitlərdən əlavə yüzlərlə polkovnik və çoxlu rus generalı da öldürülüb. Bu haqda məlumatı “Reuters” adının anonim qalmasını istəyən bir ABŞ rəsmisinə əsasən yayıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns iyulun 20-də bildirib ki, Birləşmiş Ştatlar təxminən beş aylıq müharibədən sonra Rusiyanın Ukraynadakı itkilərinin təxminən 15 000 ölü və 45 000 yaralıya çatdığını təxmin edir. O həmçinin əlavə edib ki, Ukrayna silahlı qüvvələri də əhəmiyyətli itkilər verib.
Rusiya rəsmiləri hərbçilər arasında ölümlər hallarını dövlət sirri kimi təsnif edir və müharibə zamanı rəsmi itki rəqəmlərini yeniləmir. Sonuncu dəfə Moskva rəsmi olaraq Martın 25-də 1351 rus əsgərinin öldürüldüyünü bildirmişdi.
Ukrayna hökuməti ötən ay bildirib ki, hər gün 100-200 Ukrayna əsgəri həyatını itirir.
Digər tərəfdən Vaşinqtondakı rəsmi Ukraynanın ölkə daxilində komanda məntəqələri, sursat anbarları və hava hücumundan müdafiə obyektləri də daxil olmaqla 100-dən çox “yüksək dəyərli” Rusiya hədəfini məhv etdiyinə inanır.
Müharibə başlayandan bəri Amerika Birləşmiş Ştatlar Ukraynaya təhlükəsizlik məqsədilə 8 milyard dollar, o cümlədən son bir ayda 2,2 milyard dollar yardım edib.
Bu həftənin əvvəlində Pentaqon Ukraynaya göndərəcəyi ən son silah paketində dörd əlavə yüksək mobil artilleriya raket sistemi də təqdim edəcəyini bildirib.