

Aysberqin görünməyən tərəfi
Ukrayna xalqı ən müqəddəs bayramını ruslarla bir gündə qeyd etmək istəmir
VIP mühafizəçidən “Dəniz piyadası”na qədər
Müharibənin taleyini həll edəcək ikinci həmlə
Duma deputatının dediklərinə görə hətta ruslar da utandılar
“Qırmızı kvadrat”la işarələnmiş zirehlilərin görüntüləri yayılıb
Putin “Patriot” raketləri xəbərlərinə YARS-la cavab verib
Keçən illə müqayisədə 45 faiz artım var
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
Qərar ABŞ müdafiə naziri və prezidentinin təsdiqlərini gözləyir
“Bəli, qatilik, təcavüzkarıq, qulduruq, əcəb edirik” ...
Ukrayna ordusunun cəbhədəki uğuru Ukraynanın taleyini həll edə bilər
“Ukrayna özünü PUA təhlükəsinə qarşı qoruya biləcək”
Peskov: “Zelenski istəsə, müharibə sabah bitər”
Seçilən ən etibarlı üç ölkədən ikisi Cənubi Amerikadadır
Ukraynanın aviabazalara hücumu Rusiyada yeni mübahisə yaradıb
Rus dilində “da”, “də” şəkilçiləri “на” və “в” sözönləri ilə ifadə olunur. Həm də bu sözünlərindən “на” üstündə, üzərində; “в” isə içərisində mənalarını verir.
Ölkələr öz sərhədləri daxilindəki ərazilərdən danışarkən “на” sözönündən istifadə edilir. Məsələn “Qafqazda” deyərkən “на Кавказе”, “Uralda” deyərkən “на Урале” və s. Ölkələrə münasibətdə isə “в” sözönündən istifadə edilir. Məsələn, “Azərbaycanda” deyərkən “В Азербайджане”, “Özbəkistanda” deyərkən “В Узбекистане” və s. Yalnız bir ölkədə bu qayda pozulur – Ukraynada. Bu ölkədən danışarkən və yazarkən rus dilində “На Украине” ifadəsi işlənilir. Müstəqillik əldə etdikdən sonra Ukrayna ziyalıları və siyasətçiləri bu qaydaya etiraz bildirməyə başladılar. Bir dəfə Ukraynanın birinci prezidenti mərhum Leonid Kravçukun bununla bağlı haqlı narazılıq etdiyi verilişi də seyr etmişəm. O, bildirirdi ki, ruslar qəsdən Ukraynaya münasibətdə “на” sözönündən istifadə edirlər. Çünki onlar Ukraynanı Rusiyanın bir hissəsi hesab edir və başqa bir suveren ölkənin ərazisindən danışarkən “на Украине” deməklə bizim suverenliyimizə qəsd edirlər.
Rusiyanın Ukraynaya təcavüz etdiyi 24 fevraldan sonra bu sahədə də qəribə vəziyyət yaranıb. Kreml propaqandistləri əvvəlki qaydada “на Украине” ifadəsini təkrarlamaqdadırlar. Ukraynanın suverenliyinə hörmətlə yanaşan rus jurnalistlər isə “в Украине” deyirlər. Ən maraqlısı isə odur ki, indi Rusiyadan danışarkən əksər Ukraynalı jurnalistlər “в России” ifadəsinin əvəzinə “на России” ifadəsindən istifadə edirlər. Bu yanaşmanın verdiyi mesaj belə açıqlana bilər ki, artıq Ukraynalılar Rusiyanın bəzi torpaqlarını özlərininki hesab edirlər.