vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
18:13 | 27 mart 2014 | Cümə axşamı Məqaləyə 2298 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Timoşenko namizəd olur

Ukraynanın sabiq baş naziri prezident seçkilərinə qatıldığını rəsmiləşdirir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu rəsmən bildirib.

Virtualaz.org bildirir ki, Y.Timoşenko bunu bu gün Kiyevdə keçirdiyi brifinqdə bəyan edib.

«Bəli, mən prezident seçkilərində iştirak etmək istəyirəm», - deyə o vurğulayıb.

Y.Timoşenkonun sözlərinə görə, o, martın 29-da «Batkivşina» partiyasının qurultayında onun prezidentliyə namizədliyinin irəli sürülməsini xahiş edəcək.

Qeyd edək ki, Ukraynada növbədənkənar prezident seçkiləri mayın 25-də keçiriləcək.

Xatırlatması: Martın 27-dək Ukrayna Mərkəzi Seçki Komissiyası yalnız bir namizədi - baş prokurorun sabiq müavini Renat Kuzmini rəsmən qeydə alıb.

MSK-ya Regionlar Partiyasından Mixail Dobkin, Sergey Tiqipko, sabiq baş nazir müavini Yuri Boyko, Radikal Partiyanın lideri Oleq Lyaşko, Ukrayna Yəhudi Konqresinin rəhbəri Vadim Rabinoviç, deputat Anatoli Qritsenko, Sağ Sektorun lideri Dmitri Yaroş və Kommunist Partiyasının sədri Pyotr Simonenko da müraciət edib.

Bu həftəsonu isə UDAR Partiyasından Vitali Kliçkonun, Azadlıq Partiyasından Oleq Tyaqnibokun namizədliyi rəsmiləşəcək.