vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
19:28 | 2 oktyabr 2022 | Bazar Məqaləyə 1487 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Zorakılıq və ölüm spiralını dayandırın”

Roma papası Putinə birbaşa müraciət edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Papa Fransis Ukraynada “zorakılıq və ölüm spiralını dayandırmaq” üçün ilk dəfə Rusiya prezidenti Vladimir Putinə birbaşa müraciət edərək, böhranın nüvə eskalasiyası kimi idarəolunmaz qlobal nəticələrə malik ola biləcəyini deyib.

Bazar günü Müqəddəs Pyotr meydanına toplaşan minlərlə insan qarşısında çıxış edən Fransis Putinin təşəbbüsü ilə Ukrayna ərazilərinin yeni ilhaqını beynəlxalq hüquqa zidd adlandıraraq pisləyib. O, Putini vəziyyətin gərginləşəcəyi təqdirdə öz xalqının taleyi barədə düşünməyə çağırıb.

Vatikan rəsmilərindən birinin dediyinə görə, papanın emosional çıxışı o qədər faciəvi olub ki, 1962-ci ildə Kuba raket böhranı zamanı Roma Papası XXIII İohanın radio müraciətini xatırladıb.

Keçmişdə Roma papası Fransis Rusiyanın Ukraynaya təcavüzünü tez-tez pisləyib, lakin bu, ilk dəfədir ki, Putinə birbaşa şəxsi müraciət edir.

Fransisk “bu aylar ərzində tökülən qan və gözyaşı çaylarına” yas tutduğunu deyərkən, eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenskini “ciddi sülh təkliflərinə” açıq olmağa çağırıb.

“Müraciətim ilk növbədə Rusiya Federasiyasının Prezidentinə ünvanlanıb. Mən onu xalqına sevgisi naminə bu zorakılıq və ölüm spiralını dayandırmağa çağırıram”, – deyə Fransis bildirib.