vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
14:09 | 5 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1183 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranın daha 6 kamikadze dronu vurulub

Moskva və Tehran hələ də PUA təchizatını təkzib edir

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna ordusu bu ölkənin cənubunda İran istehsalı olan 6 kamikadze pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.

Moskva və Tehranın İran istehsalı olan pilotsuz təyyarələrin Rusiya ordusuna çatdırılmasını təkzib etməsinə baxmayaraq, Ukraynanın hərbi komandanlığı oktyabrın 5-də özünün “Telegram” kanalında verdiyi açıqlamada dünən gecə 6 “Şəhid-136” sinifli pilotsuz təyyarəni vurduğunu yazıb.

Ukrayna hərbi komandanlığının sözçüsü Natalya Qomnyuk Fransa xəbər agentliyinə bildirib ki, pilotsuz təyyarələr Nikolayev vilayətində vurulub.

Digər tərəfdən, Kiyevdən təxminən 100 km cənubda yerləşən Bila Tserkova şəhərinin qubernatoru İran istehsalı olan kamikadze təyyarələrinin bu əraziyə hücumları nəticəsində bir nəfər yaralandığını və bunun ilk belə hücum olmadığını deyib.