vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
23:41 | 8 oktyabr 2022 | Şənbə Məqaləyə 941 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yubiley “hədiyyəsi”

Dünya Krım körpüsünün partladılmasına necə reaksiya verdi?

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynaya qarşı terroru birinci Rusiya başlatmışdı, Petro Poroşenkonun prezidentliyi dövründə Kiyevdə partlayan maşınlarda ukraynalı zabitlər qətlə yetirilirdi. Rusiyanın Kiyevdəki yatmış hücrələri Moskvadan aldıqları təlimat əsasında partlayışlar törədirdilər.

Yatmış hücrələrin və Ukrayna ordusuna, o cümlədən kəşfiyyat xidmətinə soxulmuş xəfiyyələrin çoxu neytrallaşdırıldı. Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəyə əmr verəndə ancaq “qazancları” hesablayıb, itkiləri proqnozlaşdırmayıb. Bu gün Rusiyaya qarşı tək Ukrayna savaşmır, ABŞ, Böyük Britaniya və digər bir qisim Qərb ölkəsinin kəşfiyyat xidməti Kiyevə hərtərəfli dəstək verir, bütün vasitələrlə qorunan Krım körpüsünün partladılması ortaq əməliyyatın nəticəsidir. Putinin layihəsi olan Krım körpüsünün partladılması Kreml sahibinin imicinə böyük zərbədir. O hazırda əks-həmlə barədə düşünür və əmrlər verir. Ancaq o təkdir, qarşısındakı isə böyük koalisiyadır.

Bəs dünya mətbuatı bu hadisəyə necə reaksiya verdi?

“Krım körpüsünün partlayışı zamanı 3 nəfər ölüb. Rusiya rəsmən bunu bəyan edib”. (“The Guardian”)

“Körpünün partlaması nə anlama gəlir? Krımı itirmək Putinin məhvi deməkdir” (“The Times”)

“Krım körpüsündə baş verən partlayışdan sonra Putini daha çətin seçim gözləyir” (CNN)

“Kerç körpüsü yük maşınının partlaması nəticəsində sıradan çıxıb. Əvvəllər Ukrayna dəfələrlə Rusiyanı Krımla birləşdirən bu körpünü partladacağını bəyan etmişdi”. (“The Associated Press” (AP))

“Krım körpüsünün partlaması Putin və Rusiyanın əhval-ruhiyyəsinə sarsıdıcı zərbədir” (vox.com)

“Nəhəng partlayışdan sonra Krım körpüsü qismən işə düşüb (açılıb)” (BBC) 

“Rusiya Hava Qüvvələri generalı Sergey Surovikin Ukrayna cəbhəsinin yeni baş komandanı təyin olunub. Rəsmi Moskva bir həftə ərzində Ukrayna cəbhəsi ilə bağlı 3 yüksək rütbəli zabit dəyişikliyi edib”. (Əl-Cəzirə)

“Ukrayna Putinin 70 illik yubileyi münasibəti ilə Rusiya və Krımı birləşdirən mühüm körpünü sabotaj məqsədi ilə partladıb”. (businessinsider.com)

Nildirək ki, Ukrayna Poçt Xidməti bəyan edib ki, partladılmış Krım körpüsünün əksi olan poçt markası buraxılıb. Özü də partlayışdan cəmi 1 saat sonra... Artıq , Krım körpüsünün partlayışını əks etdirən poçt markası fonunda ukraynalılar selfi çəkdirirlər...