vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
10:17 | 10 oktyabr 2022 | Bazar ertəsi Məqaləyə 838 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynaya raket “yağır”

Ruslar Zelenskinin doğulduğu şəhəri və ofisinin ərazisini vurur

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün səhər saatlarında Ukraynanın Dnepr şəhərində ardıcıl partlayışlar baş verib. Bu haqda “UNİAN” məlumatı verib.

İlkin məlumatlara əsasən əvvəl bir partlayış, daha sonra isə bir-birinin ardınca 3 partlayış baş verib.

Həmçinin o da qeyd olunub ki, şəhərin üzərini qatı tüstü bürüyüb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu şəhərdə doğulub.

***

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhəri raket atəşinə tutulub və şəhərin müxtəlif hissələrində partlayışlar qeydə alınıb.

APA bildirir ki, Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko “Twitter” hesabında raketlərdən birinin şəhərin Vladimirskaya küçəsinə düşdüyünü yazıb.

Qeyd edək ki, həmin küçədə Ukrayna Təhlükəsizlik Xidmətinin binasının və Vladimir Zelenskinin ofisinin yerləşdiyi bildirilir.