vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
12:26 | 10 oktyabr 2022 | Bazar ertəsi Məqaləyə 998 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Krım bəhanə oldu

Surovikin köhnə ampluasında

ASİF

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Putinin ad günüdə Krım körpüsündəki atəşfəşanlıq “hədiyyəsi”nə cavab olaraq Kiyev də daxil olmaqla Ukraynanın şəhərlərini bombalayır: əslində Krım partlayışı olmasaydı da, ruslar bu taktikadan istifadə edəcəkdi, çünki yeni ilhaqdan sonra tutduqları ərazilərdə möhkəmlənmək lazımdır və Ukrayna ordusunu bu yolla dayandıra biləcəklərini hesablayırlar.

Sergey Surovikin Ukraynadakı rus qoşunlarına yeni komandan gətirilməsi zamanı bu taktikaya əl atacaqları müəyyən mənada görünürdü də. Rusiyanın çeçen müharibəsini qazanmasına səbəb olan “Qroznı ssenarisi”ni Suriyada tətbiq edən əsas fiqurlardan biri Surovkin idi. İndi eyni ssenaridən Ukraynaya qarşı davamlı şəkildə istifadə olunacağı görünür və möhkəmlənə bilmək üçün müharibəni ilhaq etdiyi ərazilərdən uzaqlaşdırmağı, psixoloji təzyiqlə Ukraynanın müqavimətini qırmağı istəyirlər.

Krım körpüsündəki partlayış da əllərində əsasa çevrildi.