vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:40 | 13 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 893 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rusiya daha ağır cavab verəcək”

Volodin: “Heç yerdə terrorçularla danışıqlar aparılmır”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna tərəfindən terror aktlarının davam edəcəyi təqdirdə Rusiya daha ağır cavab verəcək. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz “Telegram” kanalında yazıb. O əlavə edib ki, “dünyanın heç bir yerində terrorçularla danışıqlar aparılmır”.

“Kiyev rejiminə qarşı cavabımız əvvəlkindən də ağır olacaq. Baş vermiş terror aktlarının bütün təşkilatçıları və iştirakçıları tapılmalıdır, müqavimət göstərənlər isə məhv edilməlidir”, – Volodin qeyd edib.

Xatırladaq ki, oktyabrın 8-də səhər saat 06:00 radələrində Krım körpüsünün avtomobil yolu keçən hissəsində yük avtomobili partlayıb. Kreml bunu Ukrayna tərəfindən törədilmiş terror aktı kimi qiymətləndirib. (APA)