vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
19:05 | 16 oktyabr 2022 | Bazar Məqaləyə 628 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zərbələrin 75 faizi vurulub

Rusiya daha çox şəhərləri hədəf alır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya qüvvələrinin Ukraynanın şəhər və kəndlərində mülki infrastrukturu hədəf almağa davam etdiyi bir zaman prezident Vladimir Zelenski Ukrayna qoşunlarının ölkənin şərqində yerləşən strateji Baxmut şəhərinə Rusiyanın təkrar hücumlarının qarşısını aldığını bildirib.

Ukrayna Qüvvələrinin Baş Qərargahının oktyabrın 16-da verdiyi məlumata əsasən, Rusiya qüvvələri son 24 saat ərzində 23 hava zərbəsi və 65 raket hücumu həyata keçirərək, Ukrayna ərazisində 30-dan çox şəhər və kəndi hədəfə alıblar.

Qərargahın bildirdiyinə görə, Ukrayna hava qüvvələri cavab olaraq, 32 zərbə həyata keçirərək, 24 Rusiya hədəfini vura biliblər.

Təxminən son yeddi həftə ərzində Ukrayna silahlı qüvvələrinin şimal-şərqdə, şərqdə və cənubda başladığı əks-hücum əməliyyatlarından sonra Rusiyanın mövqeyinin zəiflədiyi müşahidə olunur.

Bu həftə Kremlin Rusiyanın fevralın 24-də Ukraynanın işğalına başladığı gündən bəri ən böyük raket hücumu həyata keçirdiyi bildirilir.

İntensivləşmiş Rusiya hava hücumları Krım körpüsündə partlayışdan sonraya həyata keçirilib. Rusiya üçün strateji və simvolik əhəmiyyət kəsb etdiyi bu körpünün üzərində partlayış rəsmi məlumata görə, oktyabrın 8-i yük maşınında yerləşdirilən bomba ilə həyata keçirilib.

Məlumatlara görə, hal-hazırda ölkənin şərqindəki Donetsk və Luqansk ərazilərində, o cümlədən cənubun strateji əhəmiyyətli Xerson şəhərində döyüşlərin daha ağırdır.