vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:18 | 19 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1406 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyevdən İrana tərs şillə

Ali Rada qətnamə qəbul etdi

İrfan VƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ali Rada Ukraynaya qarşı silahlı təcavüzdə İranın yardımını pisləyən bəyanat qəbul edib. “Unian” bildirir ki, xalq deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, 8133 saylı müvafiq qətnamənin qəbuluna 303 deputat “lehinə” səs verib.

“Rada İran İslam Respublikasının Ukraynaya qarşı silahlı təcavüzə yardımını pisləyən bəyanat qəbul edib. Diplomatik münasibətlərin kəsilməsi yox, sadəcə olaraq pislənilib”, – o deyib.

Xüsusilə, Ali Rada bu bəyanatında qeyd edib ki, İranın Rusiya Federasiyasına silah tədarükü ilə bağlı qərarları İranı Ukraynaya qarşı silahlı təcavüzün nəticələrinə görə məsuliyyət daşıyır.

Parlament həmçinin qeyd edib ki, İran tərəfindən Rusiya Federasiyasına silah tədarükü Ukrayna və İran arasında ikitərəfli münasibətlərə xələl gətirir və BMT Təhlükəsizlik Şurasının 2231 (2015) saylı qətnaməsi ilə uyğun gəlmir. (Milli.az)