Fırtına kölgəsi Kiyevə gedir
Ukrayna ordusuna uzaqmənzilli raketlər verilir
RAHİB
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Ukrayna tezliklə “Storm Shadow/SCALP” qanadlı ballistik raketlərinə sahib olacaq. Qiyməti 1,8 milyon dollar olan “Storm Shadow” (Fırtına kölgəsi) 450 kq partlayıcını 560-1000 km-ə qədər ata bilir. Artıq bu raketləri daşıyacaq Ukrayna hərbi təyyarələr qonşu ölkələrin birində modernləşdirilir. Qeyd edək ki, Xarkovdan Moskvaya hava yolu məsafəsi 647 km-dir. Yəni Ukrayna istər Kremli, istərsə də Soçi, Krasnodar, və ya Novorossiyski bu silahla vura bilər. Qeyd edək ki, bu raketin düşdüyü yerdə 32 metr diametrində çala əmələ gəlir.
MBDA “Missile Systems” tərəfindən hazırlanan hava-yer tipli qanadlı raketi İngiltərə-Fransız hərb sənayesinin birgə istehsalıdır. Raketin fransız versiyasının qısaldılmış halda SCALP EG (Fransız Système de croisière conventionnel autonome à longue portée Emploi General – avtonom istiqamətləndirici ilə çoxməqsədli, yüksək dəqiqlikli, uzaqmənzilli qanadlı raket) adlanır.
İlk tam uğurlu sınaq 2000-ci il dekabrın sonunda Fransada həyata keçdi. 2002-ci istehsalına başlanıldı. istiqamətləndirmə sistemi, işə salındıqdan sonra trayektoriyanın hesablanması GPS sistemindən və raketin yaddaşında olan nümunə ilə hədəf bölgədəki ərazinin uyğunlaşdırılması rejimindən istifadə edən bort kompüteri tərəfindən həyata keçirilir. Uçuşun son mərhələsində hədəfi tutmaq üçün infraqırmızı başlıq işə salınır. Raket ilk dəfə Britaniya ordusu tərəfindən 2003-cü ildə İraqda istifadə edilib.