vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
21:12 | 6 noyabr 2022 | Bazar Məqaləyə 579 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Telefon müzakirələri

Ukraynaya yardım və İrana sanksiyalar

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Vladimir Zelenski və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bazar günü telefon söhbəti zamanı Ukraynaya makro maliyyə yardımını müzakirə ediblər.

Avropa Komissiyasının prezidenti “Twitter” səhifəsində 2023-cü il üçün maliyyə dəstəyi təklifinin bu həftə müzakirə ediləcəyini yazıb və Avropa İttifaqının Ukraynaya dəstəyini davam etdirəcəyini vəd edib.

Prezidenti Zelenski “Twitter” səhifəsində telefon söhbəti zamanı İrana qarşı atılacaq addımların müzakirə edildiyini bildirib.

“Qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün taxıl təşəbbüsünün davam etdirilməsinin vacibliyini müzakirə etdik. Biz sanksiyaların gücləndirilməsini və təcavüzü dəstəkləyən İranın hərəkətlərinə qarşılıq verilməsini qeyd etdik”, – deyə Zelenski bildirib.

Bu arada, Kiyev meri Vitali Kliçko Ukrayna paytaxtının sakinlərini bu qış Rusiyanın ölkənin enerji infrastrukturuna zərbələr endirməkdə davam etdiyi halda, elektrik enerjisi, su və ya istilik çatışmazlığı ilə nəticələnə biləcək çətinliklərə hazır olmağa çağırıb.

“Biz bunun qarşısını almaq üçün hər şeyi edirik. Amma gəlin açıq danışaq, düşmənlərimiz şəhərin istiliksiz, işıqsız, susuz qalması və ümumiyyətlə, hamımızın ölməsi üçün hər şeyi edir. Həm ölkənin gələcəyi, həm də hər birimizin gələcəyi müxtəlif vəziyyətlərə nə qədər hazır olmağımızdan asılıdır”, – deyə Kliçko Ukrayna mediasına bildirib.

Son bir ay ərzində Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələr endirməsi bütün ölkə boyu elektrik enerjisi çatışmazlığına səbəb olub. Kiyevdə bazar günü şəhərin bəzi yerlərində və ətraf rayonlarda bir saat ərzində işıqların kəsilməsi planlaşdırılıb.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, ölkənin enerji infrastrukturunun təxminən 40 faizi Rusiyanın zərbələri nəticəsində “ciddi zədələnməsi” ölkənin bir çox regionlarında elektrik enerjisinin kəsilməsinə səbəb olub.