vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
21:03 | 7 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 877 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güzəştsiz liderin imici

Xersonun azadlığı iki xarakterdən birini yox edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

İndoneziyada gələn həftə “böyük iyirmilərin” zirvə toplantısı keçiriləcək. Rusiya və Ukrayna prezidentləri də toplantıya dəvətlidirlər. Ancaq Rusiya prezidenti Vladimir Putinin toplantıya qatılıb-qatılmayacağı hələ bəlli deyil. Putin gözləmə mövqeyindədir, götür-qoy edir. Putin İndoneziyaya getməyə qərar versə də, Qərb liderlərindən kimsə onunla görüşməyəcək, onunla birgə foto çəkdirməyəcəklər. Ukrayna prezidenti Vladimir Zelenski elan edib ki, Putin İndoneziyaya getsə, o toplantıya qatılmayacaq.

Vaşinqtonda düşünürlər ki, Rusiyanın işğal etdiyi Xerson bölgəsini itirməsi halında danışıqlar üçün zəmin yaranacaq. Bu o qədər də ağlabatan deyil. Birincisi, Putin saxta referendum yolu ilə Xersonu Rusiyaya birləşdirib. Ukrayna ordusu Xersonu azad edərsə bu Rusiyada Putinin reytinqinə və imicinə ciddi zərbə vuracaq. Belə olan halda Putinin sülh danışıqlarına razılaşması onun geri çəkilməsi kimi qiymətləndiriləcək. Putin isə hakimiyyətdə olduğu 20 ildən çox zaman kəsiyində güzəştsiz siyasətçi kimi yadda qalıb. Buna baxmayaraq, Ukrayna ordusu əks-hücumlarının kəsəri artmaqdadır və gec-tez Rusiyaya birləşdirilən əraziləri azad edəcək.