vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
16:17 | 7 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 457 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hava hücumu qabiliyyəti zəifləyir”

“Çətin ki yaxın bir neçə ayda dəyişsin”

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniyanın Müdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, Rusiyanın Ukraynaya hücumu zamanı təcrübəli hava ekipajı üzvlərini itirməsi Rusiyanın hava təcrübəsi və təlimlərin zəifləşməsi ilə daha da ağırlaşır, habelə müdafiə zonalarında hava dəstəyini zəiflədir.

Britaniya “Twitter” səhifəsində dərc edilən yeniləmədə Rusiyanın hava imkanlarının “yaxın bir neçə ayda dəyişəcəyinin çətin olacağını” bildirib. “Rusiyanın təyyarə itkiləri, çox ehtimal ki, onun yeni təyyarə korpusları istehsal etmək imkanlarınından əhəmiyyətli dərəcədə çoxdur. Bacarıqlı pilotların hazırlanması üçün tələb olunan vaxt Rusiyanın havadakı döyüş qabiliyyətini bərpa etməsindən daha azaldır”.

Bazar günü Xerson sakinləri işıqsız və susuz qalıb. Belə ki, şəhərin Rusiya tərəfindən təyin edilmiş rəsmiləri heç bir sübut olmadan Ukraynanı “təxribatda” ittiham edib.

Kremlin dəstəklədiyi rəsmilər Ukraynanın təşkil etdiyi hücumun “yüksək gərginlikli elektrik xətlərinin üç beton dirəyini” zədələdiyini bildirib.

“France-Presse” xəbər agentliyi hökumətin enerji mütəxəssislərinin problemi “tez bir zamanda” həll etmək üçün çalışdıqlarını dediyini bildirib.

Ukraynanın Xerson vilayəti administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç elektrik enerjisinin kəsilməsinə görə Rusiyanı günahlandırıb.

Yanuşeviç “Telegram” kanalında “Rus qoşunları müvəqqəti işğal olunmuş Berislavda yüksək gərginlikli elektrik xətlərini partladıb. Təxminən bir kilometr yarımlıq kommunal dirəklər və xətlər məhv edilib”.

“France-Presse” “zərər olduqca böyükdür” deyib.

Ukrayna Prezidenti Vladimir Zelenski və digər rəsmilər son bir ayda Rusiyanın hava hücumları nəticəsində Ukraynanın enerji infrastrukturunun 30-40 faizinin məhv edildiyini bildirib.

O, bazar günü gecə video-müraciətində “Bu axşamdan etibarən Kiyev və 6 regionda işıqların kəsilməsi stabil olaraq davam edəcək. 4,5 milyondan çox istifadəçi işıqsız qalıb. Onların əksəriyyəti hazırda Kiyev və Kiyev vilayətindədir. Bu, həqiqətən çox çətindir” deyib.

Kiyevin meri Vitali Kliçko da bazar günü şəhər sakinlərinə xəbərdarlıq edib ki, əgər Rusiya ölkənin enerji infrastrukturunu vurmağa davam edərsə, onlar bu qış ən ağır – məsələn, şaxtalı soyuqda elektrik enerjisinin, suyun və ya istiliyin olmamasına hazır olmalıdır.