vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
12:46 | 9 noyabr 2022 | Çərşənbə Məqaləyə 519 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa qaçqınların qəbuluna hazırlaşır

4 milyon ukraynalı elektrik enerjisiz qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Slovakiya və Macarıstan kimi Şərqi Avropa ölkələri qış yaxınlaşdıqca Ukraynadakı müharibədən qaçan insanların sayının artmasına hazırlaşır. Rusiya son bir neçə aydır Ukraynadakı elektrik və istilik stansiyalarını hədəf alıb. Hazırda temperatur sıfırdan aşağı düşür. Qışda bölgədə temperatur ən azı mənfi 20 dərəcə olur. Ukrayna Prezidenti Vladimir Zelenski 4 milyona yaxın insanın elektrik enerjisiz qaldığını bildirib.

Slovakiyanın şərqindəki Koşitsa şəhərinin yardım koordinatoru Roman Dohoviç qaçqınların sayındakı artımın “hazırda 15 faiz” təşkil etdiyini, Ukrayna daxilində təxminən 6,9 milyon insanın məcburi köçkün olduğunu deyib.

Bu arada isə Rusiya işğalını davam etdirmək üçün qoşunlarını yerləşdirməyə və ehtiyatdakı qüvvələrini səfərbər etməyə davam edir. Məlumatlara görə, Ukrayna qüvvələri hücumları həm dəf edir və həm də hücuma keçir.

Rusiya genişmiqyaslı müharibə səylərinin bir hissəsi olaraq, oktyabrda dağıdılmış Krım körpüsünün təmirini davam etsə də, Britaniyanın Müdafiə Nazirliyi çərşənbə günü körpünün “tam istismara ən azı 2023-cü ilin sentyabrına qədər verilməyəcəyini” bildirib.

Rusiyanın “RİA Novosti” agentliyi Rusiyanın işğal etdiyi ərazilərdən başqa birinin – cənubdakı Nikolayev şəhərindən şərqindəki Sniqurivka şəhərinin Kreml tərəfindən təyin edilmiş meri sakinlərin tankları gördüyünü və şiddətli döyüşlərin getdiyini bildirib.

“Onlar gün ərzində əlaqə saxlayıb dedilər ki, orada tanklar hərəkət edir, Onların məlumatına görə, şəhərin ətrafında şiddətli döyüşlər gedir”, – “Reuters” şəhər meri Yuri Barabaşova istinadən bildirib.

“İnsanlar bu texnikanın şəhərin mərkəzində küçələrdə hərəkət etdiyini görüb”, – deyə Barabaşov bildirib.

Ukraynanın Nikolayev vilayətinin qubernatoru Vitali Kimin bildirdiyinə görə, Ukrayna qüvvələri Rusiya qoşunlarını bölgədən sıxışdırıb çıxarıb. “Rusiya qoşunları artıq oradan atıldıqlarından şikayətlənir” Kim öz “Telegram” kanalında yazıb.

“Reuters” xəbər agentliyi döyüşən tərəflərdən gələn məlumatları müstəqil olaraq yoxlaya bilmədiyini bildirib.