İranın gerçək siması ...
... Yaxud fars-molla rejiminin “əxlaq polisi” və ya əxlaqdan uzaq həyat tərzi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Qonşularımızın yanındaydıq”
İran Türkiyənin müdafiəsinə qalxdı
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
“ABŞ-a etibar etməyin”
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
-
Netanyahudan dünyaya çağırış
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
-
Yeni müharibə hədəsi ...
... Bölgədə böyük fəlakətə yol açacaq
-
Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
İran rəhbərliyi uzun illərdir ki, dünyaya ədəb-əxlaqdan dərs keçir. Hər il ölkədə qadınlar və kişilər üçün müəyyən qayda və qadağalar tətbiq olunur. Din xadimləri məscidlərdə xütbə oxuyaraq İslamda qadınlara hicabın vacib olduğunu deyir, amma onların öz nəvə-nəticələri isə deyilənin əksini edir.
İranlı jurnalist Purya Zeraəti tviter hesabında İranın nüfuzlu din xadimi Ayətullah Emami Kaşaninin qız nəvələrinin açıq-saçıq geyimlərdə olan fotolarını paylaşıb. Həmin fotolar isə qınaq obyektinə çevrilib.
Necə olur ki, hicabı düzgün taxmadığına görə 22 yaşındakı Məhsa Əmini əxlaq polisi tərəfindən amansızlıqla öldürülür, amma qadınları dinə-imana çağıran Ayətullahın nəvələri çox rahatlıqla, heç kimdən çəkinmədən öz açıq-saçıq fotolarını “İnstagram” hesablarında paylaşırlar? Molla rejiminin əxlaq polisi onları niyə görmür?
Onların övladları xaricdə, xüsusilə də İranın bəyənmədiyi Amerikada lüks həyat yaşayırlar.
Mollaların öz övladları istədiyi həyat tərzini yaşamaqda azaddır, amma haqqını tələb edən yerli xalq isə onların gözündə vətən xainidir.
Belə vəhşi rejimin İslam dini ilə bağlantısı ola bilərmi? Təbii ki, yox.
Molla rejimi İslam dinindən həm də qazanc yeri kimi istifadə edir. İran İslamın 5 əsas şərtindən birinə - Həcc (Kəbə) ziyarətinə qarşı alternativ olaraq Ərbəin ziyarətini yaradıb. Molla rejimi bundan həm Səudiyyə Ərəbistanı ilə mübarizədə istifadə edir, həm İslam dininin parçalanmasını dərinləşdirir. Bu səbəbdəndir ki, İranın din xadimləri tez-tez “Kərbəla Kəbədən üstündür” kimi çıxışlar edirlər. Bu məsələni qeyd etməkdə məqsədimiz heç də Ərbəin mərasiminin mənfi çalarlar daşıdığını demək, yaxud şiə məzhəbinin inanclarına qarşı çıxmaq deyil. Məsələnin təhlükəli tərəfi İranın Ərbəin mərasimi üzərindən apardığı siyasətdir. Güneyli mühacir Mikayıl Orta qeyd edir ki, İranın Əhli-Beytin müqəddəs məkanlarına edilən səfərlərdən qazandığı pulların bir hissəsi ayətullahların və onların övladlarının lüks həyatının qaynağıdır.
Bununla yanaşı, ziyarətgahlardan əldə olunan vəsaitlər həm də İranın müxtəlif ölkələrdəki silahlı dəstələrinin maliyyələşməsinə xərclənir. Bu gün küçələrdə üsyan edib haqq tələb edənlər çox yaxşı bilirlər ki, İslam qiyafəsi geyinən İranın əslində İslamla heç bir əlaqəsi yoxdur.