vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
09:37 | 10 noyabr 2022 | Cümə axşamı Məqaləyə 718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

77 ilin ən yüksək rəqəmi

Dünyada qaçqınların sayı rekord həddə çatıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyada qaçqınların sayı 103 milyon nəfərə çatıb ki, bu da İkinci Dünya müharibəsindən sonra ən böyük rəqəmdir. Bu barədə çərşənbə günü Tokioda keçirilən mətbuat konfransında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib.

“İndi təşkilatımızın tarixində ən dramatik dövrlərdən biridir. Dünyada qaçqın və məcburi köçkünlərin ümumi sayı artıq 103 milyon nəfərə çatıb. Bu, İkinci Dünya müharibəsindən bəri ən yüksək rəqəmdir. İnsanlar müharibələrdən, zorakılıq və hüquqlarının pozulmasından qaçır. Həmçinin bu prosesə iqlim dəyişikliyi və digər faktorlar da təsir edir”, – deyə o bildirib.

BMT rəsmisinin sözlərinə görə, 103 milyon nəfərdən 14 milyonu Ukrayna sakinləridir.