Xerson son olmayacaq
“Təcavüzkar üzərində qələbəni yaxınlaşdırırıq”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Britaniya Müdafiə Nazirliyinin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı gündəlik hesabatında “Rusiyanın enerji istehsalı və ötürülmə sistemlərinə endirdiyi zərbələr Ukraynadakı mülki əhaliyə, səhiyyə və istilik kimi mühüm obyektlərə qeyri-mütənasib təsir edir”, – deyilib.
“Hərbi hədəflər əvəzinə mühüm ölkə infrastrukturun davamlı şəkildə prioritet olaraq hədəf alınması Rusiyanın mülki əhalinin əhval-ruhiyyəsinə zərbə vurmaq niyyətinə işarə edir”, – hesabatda deyilib.
“Twitter”dəki hesabatda “Oktyabrın 10-dan etibarən Rusiya Ukraynaya elektrik enerjisi infrastrukturunu hədəf alan zərbələr kampaniyası ilə hücum edir. Ən son intensiv zərbələr oktyabrın 31-də olub ki, ilk dəfə olaraq su elektrik bəndi obyektlərinin hədəfə alınması bununla başlayıb. Zərbələr ötürücü stansiyalara və elektrik stansiyalarına geniş ziyan vurub. Ukraynanın bəzi bölgələrində işıqların planlı şəkildə və fövqəladə kəsilməsi adi hala çevrilib və Kiyev bundan xüsusilə təsirlənib”, – deyə yazılıb.
Rusiya qoşunlarını Xersondan çıxardığını elan etdikdən sonra Prezident Vladimir Zelenski cümə axşamı Ukrayna qüvvələrinin ölkənin cənubunda 40-dan çox şəhəri geri aldığını bildirib.
“Davam edən müdafiə əməliyyatı çərçivəsində öz layiqli yerinə qayıdan Ukrayna bayraqlarının sayı artıq onlarladır. 41 yaşayış məntəqəsi azad edilib”, – Zelenski gecə video-müraciətində deyib.
Dnepr çayı üzərində yerləşən strateji liman şəhəri olan Xerson fevralın 24-də Rusiya qüvvələrinin Ukraynaya hücumundan bir neçə gün sonra ələ keçirilib.
Çərşənbə günü Moskva Xersonun da daxil olduğu Dnepr çayının qərb sahilindən çəkilmək kimi “çətin qərar” verdiyini açıqlayıb.
“Reuters” xəbər agentliyinin bildirdiyinə görə, cümə axşamı Rusiya Müdafiə Nazirliyi hərbi bölmələrinin ərazini tərk etdiyini bildirib.
Ukraynanın müdafiə naziri Aleksey
Reznikov “Reuters”ə Rusiya qoşunlarının şəhəri tərk etməsinin bir həftə çəkəcəyini
deyib. Reznikov Moskvanın hələ də bölgədə 40 min əsgərinin qaldığını bildirib və
deyib ki, kəşfiyyatının verdiyi məlumata görə, Rusiya qüvvələri hələ də şəhərdə
və ətrafında qalıb.
“France-Presse” xəbər agentliyi bildirib ki, Xerson vilayətinin qalan hissəsi
Rusiyadan Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına aparan quru
yolu təşkil edir. Xerson həm də Rusiya Prezidenti Vladimir Putinin sentyabr
ayında ilhaq etdiyini iddia etdiyi dörd vilayətdən biridir ki, ABŞ və digər ölkələr
bunun qanunsuz olduğunu deyir.
Bu arada Pentaqon cümə axşamı ABŞ-ın Ukraynaya yeni 400 milyon dollarlıq təhlükəsizlik yardımı paketinin bir hissəsi olaraq, hava hücumundan müdafiə sistemləri və yer-hava raketləri göndərəcəyini açıqlayıb.
“Associated Press”in məlumatına görə, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlərə açıqlamasında “Rusiyanın Ukraynanın mülki və kritik infrastrukturuna amansız və qəddar hava hücumları davam etdiyinə görə hava hücumundan əlavə müdafiə imkanları çox vacibdir” deyib.
Pentaqon bildirib ki, paketə Ukraynaya ilk dəfə təqdim olunacaq dörd qısamənzilli, son dərəcə mobil “Avenger” hava hücumundan müdafiə sistemi, eləcə də onların istifadə etdikləri “Stinger” raketləri daxildir.
Zelenski yardıma görə ABŞ Prezidenti Co Baydenə və Amerika xalqına təşəkkür edib və “Twitter” səhifəsində “Biz birlikdə (ukraynalı) mülki əhalini qorumaq üçün hava qalxanı qururuq. Təcavüzkar üzərində qələbəni yaxınlaşdırırıq”, – yazıb.
Bu yardım paketi ilə Rusiya qüvvələrinin fevral ayında Ukraynaya hücumundan sonra ABŞ-ın bu ölkəyə təhlükəsizlik yardımının ümumi məbləği 18,6 milyard dolları keçir.