vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
11:10 | 15 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 525 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Vaxt çatıb”

“Biz imkan verməyəcəyik ki, Rusiya dincəlsin ...”

XATİRƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Vladimir Zelenski İndoneziyada keçirilən sammitə toplaşan G-20 (“Böyük iyirmilik”) liderlərinə müraciət edib. İclasa onlayn qoşulan Zelenski dünya liderlərinə müraciət edib.

“The Guardian” yazır ki, Ukrayna lideri videomüraciətində bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra biləcəyi vaxt gəlib çatıb.

“Biz imkan verməyəcəyik ki, Rusiya dincəlsin və öz qüvvələrini artırsın... Mən əminəm ki, indi Rusiyanın müharibəsinin dayandırmağın və dayandırıla biləcəyi vaxt çatıb”, – deyə Ukrayna lideri bildirib.

Zelenski vurğulayıb ki, müharibəyə son qoymaq üçün Rusiya Federasiyası qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarmalı, dövlətimizə dəymiş ziyana görə təzminat ödəməli, ölkəmizin ərazi bütövlüyünü tanımalıdır.

Prezident həmçinin “müharibədən sonrakı təhlükəsizlik arxitekturasının əsas elementini gücləndirmək” və Rusiya təcavüzünün təkrarlanmasının qarşısını almaq üçün Beynəlxalq Konfransın keçirilməsini təklif edib.