Fars-molla rejimində çatlar
Hakimiyyətin acizliyi fikir ayrılıqlarına səbəb olub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Qonşularımızın yanındaydıq”
İran Türkiyənin müdafiəsinə qalxdı
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
“ABŞ-a etibar etməyin”
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
-
Netanyahudan dünyaya çağırış
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
-
Yeni müharibə hədəsi ...
... Bölgədə böyük fəlakətə yol açacaq
-
Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
Etirazların davam etməsi və hakimiyyət orqanlarının onun qarşısının alınmasında acizliyi fikir ayrılıqlarının yaranmasına səbəb olub. Bildirilir ki, son günlər İranın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə iki gizli və fövqəladə əhəmiyyətli görüşlər keçirilib.
Bu görüşlər Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin istefaya getməsi və bu şura tərəfindən bunun təkzibi ilə bağlı şayiələrin yayılmasına səbəb olub.
Şamxaninin istefası ilə bağlı şayiənin kökündə onun Ali Milli Təhlükəsizlik Şurasında olması ilə bağlı ordu başçıları və ölkə rəsmiləri arasında geniş fikir ayrılıqları dayanır.
Radikal mühafizəkarlar, o cümlədən İran rəhbəri Əli Xameneyiyə yaxın Həmid Rəsayi və Hüseyn Şəriətmədari Əli Şəmxaninin etirazların yatırılmasında zəiflik göstərdiyini iddia edir.
Onların təmsil etdiyi mühafizəkar qrup etirazçılara qarşı daha sərt tədbirlərin görülməsini təklif edirlər.
Təhlilçilərin fikrincə ölkədə nümayişlərin davam etməsi və genişlənməsi İran hakimiyyətinin üst qatları, ordu və SEPAH arasında çatların əmələ gəlməsinə səbəb olub.
Onlara görə, etirazlar davam etsə hakimiyyət daxilindəki fikir ayrılıqları ciddi qarşıdurmalarla nəticələnə bilər.