vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
01:18 | 30 noyabr 2022 | Çərşənbə Məqaləyə 628 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniyada yeni kampaniyaya

Hökuməti enerjiyə qənaəti təşviq edir

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İnflyasiyanın son 41 ildə ən yüksək həddə çatdığı ölkədə hökumət kütləvi informasiya vasitələrində ictimaiyyəti enerjidən şüurlu və səmərəli istifadə etməyə təşviq edən “Ev təsərrüfatlarına dəstək” adlı kampaniyaya başlayıb.

Kampaniyanın ilk addımı olaraq evlərdə istilik izolyasiyasının artırılması, su və istilik qazanlarının dərəcələrinin aşağı salınması, qızdırıcının bağlanması kimi tövsiyələrin yer aldığı rəsmi internet saytı (helpforhouseholds.campaign.gov.uk) istifadəyə verilib.

Saytda istilik qazanının temperatur rejiminin azaldılması ilə ildə 100 funt-sterlinq, istifadə olunmayan plitələrin bağlanması ilə 70 funt-sterlinq, qapı və pəncərələrdə istilik izolyasiyası ilə isə ildə 70 funt-sterlinq qənaət edilə biləcəyi bildirilir.

Britaniya hökuməti hələlik kommunikasiya kampaniyasının ümumi dəyəri ilə bağlı açıqlama verməsə də, “The Times” qəzeti kampaniyanın xərcinin 25 milyon funt-sterlinq civarında olduğunu yazıb.

Britaniya hökumətinin Sosial Mənzil Layihələri və Planlaşdırılması üzrə Dövlət Katibi Maykl Qov daha əvvəl demişdi: “Bizim edəcəyimiz və etməli olduğumuz şey insanları enerjidən istifadəni minimuma endirmək üçün səlahiyyətli məsləhət mənbələrinə müraciət etməkdir”.