vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
14:17 | 30 noyabr 2022 | Çərşənbə Məqaləyə 557 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Papadan Kremlə tərs sillə

Dünya Qoldomor soyqırmını tanımağa başlayır

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Roma Papası Fransiskin Ukrayna müharibəsində çeçenlər və buryatlar, və digər etnik azlıqlarla bağlı “daha ​​qəddar davranması” sözlərinə reaksiya verib.

Aylıq xristian jurnalı “America”ya verdiyi müsahibədə Papa aşağıdakı fikri bildirib:

“Mən Ukraynadan danışanda qəddarlığı nəzərdə tuturam. Mən oraya gedən qoşunların vəhşiliyi ilə bağlı çoxlu məlumat alıram. Ümumiyyətlə, onların arasında bəlkə də ən qəddarları çeçenlər, buryatlar kimi Rusiyadan gəlib, amma oradakı ənənəyə sadiq olmayanlardır. Digər tərəfdən, işğalçı tərəfin Rusiya dövləti olduğu çox aydındır”.

Müharibə zamanı Rusiya prezidenti Vladimir Putini niyə açıq şəkildə qınamadığını soruşduqda Fransisk belə cavab verib: "Bəzən kimisə hədəfə almaq və incitmək əvəzinə, ümumiyyətlə, baş verənləri pisləyirəm. Amma kimi qınadığım hamıya bəllidir. Mənim adları və soyadları söyləmək xasiyyətim yoxdur”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Papanın açıqlamalarına reaksiya verərək, “Bu, artıq Rusiya əleyhinə deyil.

"Biz buryatlar, çeçenlər və çoxmillətli, çoxkonfessiyalı ölkəmizin digər nümayəndələri ilə bir ailəyik", – Zaxarova davam edib.

Rusiyanın cənub-şərqindəki federal bölgələrdən biri olan Çeçenistanda yaşayan çeçenlərin əksəriyyəti müsəlmandır. Şərqi Sibirdə Buryat Respublikasında yaşayan monqol mənşəli etnik qrup olan Buryatlar arasında buddizm və şamanizm geniş yayılıb. Pravoslav xristianlıq Rusiyanın ənənəvi və ən hakim dinidir.

Müsahibəsində Papa həmçinin 90 il əvvəl təxminən 4,5 milyon ukraynalının həyatına son qoyan Qolodomor (Böyük aclıq) faciəsini Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dövründə “soyqırım” kimi tanıdığını bildirib.

Almaniya da 1932-1933-cü illərdə baş vermiş Qolodomoru soyqırım kimi tanımağı planlaşdırdığını açıqlayıb. Hökumət və Xristian İttifaqı (CDU-CSU) partiyaları tərəfindən dəstəklənən təklifin sabah Bundestaqın Baş Assambleyasında müzakirə edilərək qəbul ediləcəyi gözlənilir.