vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
14:42 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 450 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mən kampaniyamı dayandırıram...”

“Açıq sərhədlər, artan cinayətlər, rekord inflyasiya” ABŞ-da problemə çevrilib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən keçmiş prezident Donald Tramp aprelin 1-də etdiyi zarafatla izləyicilərini təəccübləndirib.

Trampın izləyicilərinə göndərdiyi elektron məktubunda mövzu bölməsində “Mən kampaniyamı dayandırıram...” yazılıb. E-poçtun əsas hissəsində böyük hərflərlə “Mən sadəcə zarafat edirəm. Aprel gülüş – gününüz mübarək!" ifadələrdən yer alıb.

Tramp mesajında “Amerika xalqı üçün mübarizəni heç vaxt dayandırmayacağam. Heç vaxt təslim olmayacağam. Əyri Co Baydenin BÖYÜK ölkəmizi məhv etməyə davam etməsini arxada oturub seyr edə bilmərik”, – deyib.

Daha sonra elektron məktubda ABŞ prezidenti Co Baydenin administrasiyası dövründə “açıq sərhədlər, artan cinayətlər, rekord inflyasiya” kimi məsələlər ABŞ-da problemlərə çevrildiyini yazılıb.