
“Rusiyadan neft almayın”
Trampdan Avropaya çağırış
Trampdan Avropaya çağırış
FBI şübhəli şəxsin videolarını yayımladı, barmaq izi və başqa dəlillər var
ABŞ-lı milyarder Mask Tramp tərəfdarı aktivist Kirkin ölümü ilə bağlı Demokratları hədəfə aldı
Belarusda 52 məhkum əfv edildi
Məhkum ittihamları rədd etdi
Kirkin qatilinin yüksək keyfiyyətli görüntüsü əldə edilib
Yutada öldürülən konservativ aktivist Çarli Kirk haqqında bilinməyənlər
Tramp aktivistin qətlini ABŞ-da qara gün kimi adlandırıb
Dostu Çarli Kirkin qətlə yetirilməsindən əsəbiləşən Tramp intiqam vəd etdi
Qatı Tramp tərəfdarı Çarli Kirk silahlı hücuma məruz qaldı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
ABŞ-da əksəriyyət Trampın iqtisadi idarəçiliyindən narazıdır
Yazar: “Ona “dəli” demək istəmirəm, çünki onun həqiqətən dəli olduğunu düşünmürəm”
ABŞ Maliyyə Naziri Skott Bessent tarifələrin ləğvi ilə bağlı xəbərdarlıq edib
İngiltərəni və ABŞ-ı qarışdıran “Epşteynin doğum günü dəftəri”
Trampın Epşteynə yazdığı iddia edilən məktub açıqlandı
ABŞ noyabrda Donald Tramp və Kamala Harris arasında keçiriləcək seçkiyə hazırlaşır. Yarışda qarşılaşacaq namizədlər dünən (sentyabrın 11-də, ABŞ vaxtilə ayın 10 axşam saatlarında) axşam ilk dəfə canlı yayımda üz-üzə gəlib. Reytinq məlumatlarına görə, Tramp-Harris duelini 67 milyon insan izləyib. Bu baxış sayı Bayden-Tramp duelini üstələyib, lakin rekord hələ də 2016-cı ildə Tramp-Klinton debatına məxsusdur.
Noyabrın 5-də ABŞ-da prezidentlik yarışında üz-üzə gələcək ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Tramp və vitse-prezident, Demokratlar Partiyasının namizədi Kamala Harris dünən axşam ilk dəfə canlı yayımda çıxış ediblər.
***
Harris və Tramp arasındakı canlı debatı Baydenin namizədlikdən geri çəkilməsinə səbəb olan ilk dueldən 16 milyon çox insan izləyib. Reytinq məlumatlarına görə, budəfəki tamaşaçılar arasında gənc və orta yaşlıların sayında əhəmiyyətli dərəcədə artım olub.
Debat “ABC News” tərəfindən idarə olundu, lakin 17 müxtəlif kanalda yayımlandı. İyun ayında Tramp-Bayden debatını 51,3 milyon insan izləmişdi.
Tramp-Harris dueli 2016-cı ildə 84 milyon insanın izlədiyi Tramp və Hillari Klintonun ilk görüşünün rekord sayda izləyici sayına çatmayıb. Bayden və Tramp arasında 2020-ci ilin ilk debatı 73,1 milyonun izləmişdi.
Digər tərəfdən, dünyaca məşhur komediya serialları arasında “Seinfeld”in finalı 76,3 milyon, “Friends”in finalı isə 52,5 milyon nəfər tərəfindən izlənilib.
Trampın seçki komandası Trampın duelin qalibi olduğunu bildirən paylaşımlar edib.
Hazırda iki prezidentliyə namizəd arasında başqa debatlar planlaşdırılmayıb, lakin Harrisin komandası başqa debat tələb edib. Tramp isə hələ ki, debat ideyasına müsbət yanaşmır.