“Bu yay Kiyev səmasında “F-16”lar uçacaq”
Ukrayna NATO-nun 75-ci yubiley toplantısında diqqət mərkəzində
MÖVZU İLƏ ƏLAQƏLİ
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Stoltenberqə yeni vəzifə
Münhen Təhlükəsizlik Konfransının sədri ilk dəfə alman olmayacaq
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Vəziyyət ciddidir”
NATO-ya Rusiya xəbərdarlığı
-
Berlindən Moskvaya növbəti ittiham
“Rusiya hərbi kəşfiyyat bölməsi NATO ölkələrinə kiberhücumlar həyata keçirib”
-
Seçkidən 5 gün sonra yanğın
Saksoniya dağlarındakı yanğın əyalətə nə qədər ziyan vurub?
-
ABŞ ordusu neçə cəbhədə döyüşə bilər?
Müttəfiqləri öz müdafiələri barədə düşünməli, Pentqaona çox da bel bağlamamalıdır
-
Stoltenberqdən Çinə çağırış
NATO-nun baş katib: “Rusiyaya dəstəyi dayandırın”
-
Siyasətdən gedir
Tobias Billströmdan istefa qərarı
NATO müttəfiqləri Ukraynanı “dönüşü olmayan” inteqrasiya yolunda dəstəkləyəcəklərini bildirib və Çini Rusiyanın Kiyevə qarşı hərbi səylərini dəstəkləməyə dayandırmağa çağırıblar. Bu, Ukrayna səmasında yeni döyüş təyyarələrinin patrul edəcəyi vaxta təsadüf edir.
Amerika istehsalı olan bu “F-16” qırıcıları hazırda NATO müttəfiqləri Danimarka və Niderlanddan Ukraynaya göndərilir.
ABŞ Müdafiə Naziri Lloyd Ostin: “Təyyarələrin təhvil verilməsi rəsmi olaraq davam edir və Ukraynada bu yay “F-16”lar uçacaq”.
32 müttəfiq ölkə bəyannamədə Ukraynanın NATO-ya üzvlük yolunu “dönüşü olmayan” yol adlandıraraq, Rusiya prezidenti Vladimir Putinə NATO müttəfiqlərinin səbrini tükədə bilməyəcəyinə dair güclü bir mesaj göndərib.
NATO-nun baş katibi Yens Stoltenberq: “Hazırda birlikdə gördüyümüz işlər Ukraynanın vaxtı gələndə gecikmədən üzv ola biləcəyini təmin edəcək. Məsələ olub-olmamaqda deyil, nə vaxt olmaqdadır.”
ABŞ prezidenti Co Bayden NATO müttəfiqlərini Rusiyanın müharibə dövrü istehsal səviyyəsi ilə ayaqlaşmaq məqsədilə müdafiə xərclərini artırmağa davam etməyə çağırıb.
ABŞ prezidenti Co Bayden: “Onlar silah, sursat və nəqliyyat vasitələri istehsalını əhəmiyyətli dərəcədə artırırlar və bunu Çin, Şimali Koreya və İranın köməyi ilə edirlər. Mənim nəzərimcə, biz alyansın geridə qalmasına imkan verə bilmərik”.
Alyans həmçinin Çini Rusiyanın döyüş maşınına dəstəyini dayandırmağa çağıraraq, Çinin Avropada təxminən 80 il ərzində ən böyük müharibəyə yol verməsinin onun maraqları və nüfuzuna təsirsiz ötməyəcəyini bildirir.
NATO-nun baş katibi Yens Stoltenberq: “Bu gün razılaşdığımız bəyannamə NATO müttəfiqlərinin Çinin Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsinə verdiyi töhfələrə dair göndərdiyi ən güclü mesajdır”.
Demokratiyaları Müdafiə Fondunun eksperti Bred Bouman: “Onlar ikili istifadə texnologiyası təqdim edir və Rusiyanın müdafiə sənayesi bazasına dəstək verir, Putinin Ukraynada aqressiv müharibə aparımasına şərait yaradır və ona daha uzun müddət döyüşüb itkilərdən bərpa olmasına imkan verir”.
Təhlilçi və veteran Bred Bouman bildirib ki, 32 üzvlü blokun Çinə çağırış etməsinin vaxtı çoxdan keçib.
Demokratiyaları Müdafiə Fondunun eksperti Bred Bouman: “Avropalılar İran, Şimali Koreya və Çinin dəstəyi ilə Avropada Kremlin işğalçı müharibəsi nəticəsində ölürlər”.
Hind-Sakit okean regionundan NATO üzvü olmayan tərəfdaşlar bu həftə Vaşinqtonda keçirilən sammitdə NATO müttəfiqlərinə qatılıblar.
Rəsmilər bildirirlər ki, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın iştirakı Çinə demokratik ittifaqların təcavüzkarın qanunu harada pozmağa cəhd etməsindən asılı olmayaraq, qanunun aliliyini müdafiə edəcəklərinə dair mesaj verir.