vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
16:11 | 17 avqust 2024 | Şənbə Məqaləyə 121 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cəsədi yandırıldı

Trampa sui-qəsd cəhdində yeni fakt ­– Kruks 10-cu güllə ilə ölüb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın keçmiş prezidenti Trampa qarşı sui-qəsdə cəhd edən Tomas Metyu Kruksun cəsədinin ailəsinə çatdırılması və kremasiyası etirazlara səbəb olub.

ABŞ konqresmeni Kley Hiqqins bildirib ki, Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş prezident Donald Trampa sui-qəsd cəhdi edən Tomas Metyu Kruksun cəsədini ailəsinə təhvil verməsi və hadisədən bir neçə gün sonra kremasiya etməsi “görünməmiş” hadisədir.

“New York Post” qəzetinin yazdığına görə, Hiqqins sui-qəsd cəhdi ilə bağlı apardığı araşdırma zamanı Kruksun cəsədinin ailəsinə təhvil verildiyini və yandırıldığını öyrənərkən istintaqın gedişatına mane olan bu qərardan narahat olduğunu deyib. Trampa qarşı sui-qəsd cəhdi zamanı təhlükəsizlik boşluqlarını araşdırmaq üçün yaradılan “13 İyul İş Qrupu” komitəsinə təqdim etdiyi hesabatda Hiqqins terrorçunun cəsədinin yandırıldığını hadisədən 10 gün sonra öyrəndiyini deyib.

FTB-nin cinayət yerindən bioloji dəlilləri çıxardığını ifadə edən konqresmen bunun görünməmiş bir hadisə olduğunu vurğulayıb. Hiqqins FTB-nin Konqresin hadisəni araşdıracağını bildiyi halda belə bir addım atmasına kəskin reaksiya verib: “FTB dünyadan böyük deyil”.

Yarılma nəticələrinin düzgünlüyünü təsdiqləmək istədiyini qeyd edən konqresmen cəsədin yanması ilə bağlı bunları deyib: “Bəli, hesabatları və şəkilləri görəcəyik, amma öz araşdırmama əsaslanmadan bu hesabatların və şəkillərin doğru olduğunu heç vaxt dəqiq deyə bilməyəcəm”.

Kruksun cəsədinin 5 avqusta qədər yandırıldığının bilinmədiyinə diqqət çəkən Hiqqins, FTB-nin hərəkətlərini istintaqların gedişinə mane olmaq kimi xarakterizə edib: “Onların araşdırması müəyyən edib ki, Kruks aşağıdan və ya Məxfi Xidmətin snayperlərindən cavab atəşi təhlükəsini minimuma endirmək üçün özünü damda mükəmməl şəkildə gizlədib”.

ABŞ Konqresmen Hiqqins, bir SWAT agentinin təxminən 300 fut (91 metr) uzaqdan atəş açaraq Kruksun tapançasındakı tampon borusuna zərər verdiyinin təxmin edildiyini, 10-cu və son güllənin terrorçunun ağzının sol tərəfindən girərək sağ qulağından çıxdığını təyin etdiyini açıqlayıb.

***

Digər tərəfdən, FTB-nin Pittsburq ofisi Hiqinsin istinadlarına cavab olaraq açıqlama verib. “FTB-nin Pensilvaniya ştatının Butler dairəsində sui-qəsd cəhdini araşdırmaq üçün Konqresin səylərinə müdaxilə etdiyinə dair iddialar yalan və əsassızdır”, – deyə bəyanatda bildirilir.

Açıqlamada hadisə yeri və sübutlarla rəftarda normal prosedurlara əməl edildiyi, hadisə yerinin mərhələli şəkildə mülkiyyət sahiblərinə təhvil verildiyi, hər bir fəaliyyətin və sübutların istintaq çərçivəsində sənədləşdirildiyi bildirilib.

Açıqlamada istintaqla bağlı heç tələskənlik olmayıb və Kruksun cəsədinin ailəsinə çatdırılmasının adi prosedurun bir hissəsi olduğu vurğulanıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler bölgəsində keçirilən mitinqdə tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb. Mitinqdə iştirak edən bir nəfər ölüb, iki nəfər yaralanıb. ABŞ Məxfi Xidməti təcavüzkarın zərərsizləşdirildiyi barədə məlumat yayıb..

FTB hücumu sui-qəsd cəhdi olaraq müəyyən və araşdırmalardan sonra sui-qəsdə cəhd edərkən hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu açıqlanıb.