vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
14:18 | 17 avqust 2024 | Şənbə Məqaləyə 97 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İsrail Qəzzada qalib gəlməlidir”

Trampdan Netanyahuya dəstək bəyanatı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Nyu-Cersi ştatında qatıldığı “Antisemitizmlə Mübarizə” tədbirində İsrail bayraqları önündə çıxış edərkən verdiyi açıqlamada, Qəzzada qalib gəlmək üçün İsrailin baş naziri Binyamin Netanyahu lazım olan hər şeyi verəcəyini deyib.

“Oval Kabinetə qayıdanda İsrailin terrorla mübarizədə qalib gəlmək haqqını dəstəkləyəcəyəm”, – deyən Tramp İsrailə qalib gəlməsi üçün lazım olan dəstəyi verəcəyini bildirib.

***

Netanyahunun 10 aydan artıqdır Qəzzada həyata keçirdiyi antiterror əməliyyatının müdafiəçilərindən olan Tramp, İsrail baş nazirinin tez hərəkət etməli olduğunu vurğulayıb. “Mən onun tez qalib gəlməsini istəyirəm. Biz Netanyahunun qələbə çalmasına verməliyik”, – deyib.