Maskın Baydenlə arası necə dəydi?
Hər şey elektrikli avtomobillərin gələcəyi ilə bağlı görüşlə başladı...
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Maskın Sorosla siyasi rəqabəti artır
“Tesla” CEO-su macar biznesmenin təsirini qırmaq istəyir?
-
“Məsuliyyətsiz ifadə”
Ağ Ev İlon Maskın Bayden və Harrislə bağlı zarafatına reaksiya verdi
-
Braziliyada “X”ə qadağa
Ölkənin ali məhkəməsi qanuni nümayəndə təyin etməyən platformaya girişi bağlayıb
-
““Dogecoin” üçün əla gündür”
İlon Mask 258 milyard dollarlıq kriptovalyuta məhkəməsini qazandı
-
Milyonlarla insana beyin çipi
İlon Mask “Neuralink”i kütləvi şəkildə implantasiya etmək istəyir
-
Mask ekoloqları qəzəbləndirib
Peyk görüntüləri 329 hektar ərazidə 500 min ağac kəsildiyini ortaya çıxıb
-
“Dalaşmaq istəyirsən?”
Milyarder məğlub olsa, prezidenti pulsuz Marsa göndərəcəyi sözü verir
-
“Demokratik idarəçiliklə bir araya sığmır”
“X” Braziliyadakı ofisini dərhal bağlamağa qərar verdi
-
“İş axtarıram”
Baydendən prezidentlikdən getməklə bağlı zarafat
-
Bayden sağaldı
ABŞ prezidenti Netanyahu ilə görüşəcəkmi?
-
ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzeti texnologiya milyarderi İlon Maskla ABŞ prezidenti Co Baydenin necə fikir ayrılığına düşdüyünü araşdırıb. Xəbərdə Baydenin 2021-ci ildə vəzifəyə gəldikdən sonra elektrikli nəqliyyat vasitələrinin istifadəsini artırmaqla bağlı seçki kampaniyası vədlərini yerinə yetirmək üçün hərəkətə keçdiyi bildirilir.
Anonim qalmaq istəyən mənbələr elektrik avtomobil nəhəngi “Tesla”nın baş direktoru Maskın bu müddət ərzində dəfələrlə Baydenlə əlaqə saxlamağa çalışdığını, lakin Ağ Evdən müsbət cavab almadığını iddia edir.
2021-ci ilin avqustunda Bayden elektrikli nəqliyyat vasitələrinin gələcəyi ilə bağlı tədbir keçirib. Burada həmçinin 2030-cu ilə qədər ölkədə satılan bütün avtomobillərin yarısının tullantısız istismarını nəzərdə tutan fərman imzalanıb.
Mənbələr iddia edir ki, Ağ Ev tədbirdən saatlar əvvəl “Tesla”ya zəng edərək Maskın tədbirə dəvət edilməməsinə görə üzr istəyib.
Tədbirə “General Motors”, “Ford” və “Stellantis” kimi avtomobil nəhənglərinin qatıldığı “Tesla” dəvət olunmamışdı. Xəbərdə bu şirkətlərin hamısında Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının (UAW) üzvü olan minlərlə işçinin çalışdığına diqqət çəkilir.
Ancaq eyni dövrdə “Tesla”nın həmkarlar ittifaqına icazə vermədiyi və bəzi əmək qanunlarını pozduğu səbəbiylə federal yoxlamaya məruz qaldığı vurğulanır.
WSJ yazır ki, “Tesla”nın həmkarlar ittifaqına qarşı mövqeyi, həmçinin Maskın sərvətini artırması milyarderi “Demokratik partiyanın və solçuların hədəfinə” çevirib.
Xəbərdə “administrasiya ilə bağlı şikayətlərinə baxmayaraq, Maskın Bayden dövründə şəxsi sərvətinin artdığı” vurğulanır.
“Forbes”ə görə, Bayden vəzifəyə gələndə sərvəti təxminən 184 milyard dollar olan Mask hazırkı 245 milyard dollara sahibdir.
Mask 2022-ci ildə verdiyi açıqlamada bir neçə seçkidə həmişə demokratlara səs verdiyini və son seçkidə Baydeni seçdiyini bildirib.
Bununla belə, texnologiya milyarderi Demokrat Partiyasının “nifrət və separatizmə əsaslanan” siyasət yürütməyə başladığını əsas gətirərək, noyabrın 5-də keçiriləcək seçkilərdə Donald Trampa səs verəcəyini bildirib.
Mask bu həftə “Twitter”də Respublikaçı liderlə də müsahibə verib.