vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
10:04 | 21 avqust 2024 | Çərşənbə Məqaləyə 320 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dalaşmaq istəyirsən?”

Milyarder məğlub olsa, prezidenti pulsuz Marsa göndərəcəyi sözü verir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Yerli mətbuatda dərc olunan xəbərlərdə nazir Freddy Nanezin “X”dən tələb etdiyi sənədlər arasında şirkətin idarə heyətinin rəsmi təqdimatının və “X”in Venesueladakı nümayəndəsinin kim olduğuna dair bildirişin olduğu qeyd edilib.

“X”in Venesuelada yenidən aktivləşməsi üçün qanunların əhəmiyyətini vurğulayan Nanez, “Hələ də onlardan məsuliyyət götürmələrini gözləyirik. Əgər Venesuela qanunlarını qəbul edib qanunlara əməl etsələr, platforma yenidən açılacaq”, – deyib.

Nanes bildirib ki, “X” öz öhdəliklərini yerinə yetirməsə, Venesuelada yeni sosial media platformaları işə salına bilər.

Nikolas Maduro avqustun 19-da özəl televiziya proqramına verdiyi açıqlamada amerikalı milyarder İlon Maskı hədəfə alıb, onu Venesuelada faşizmi və zorakılığı təşviq etməkdə ittiham edib.

***

Paytaxt Karakasdakı dövlət nazirlik sarayı Mirafloresdə tərəfdarlarına müraciət edən Maduro “X”-in Venesuelada nifrət və zorakılıq yaydığını iddia edib.

Maduro Milli Telekommunikasiya Komissiyası (CONATEL) ilə danışdığını və “X”in 10 gün müddətinə dövriyyədən çıxarılması üçün lazımi göstərişlər verdiyini bildirib.

***

Venesuela prezidenti Maduro iyulun 28-də ölkəsində keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlib. Amerikalı milyarder İlon Mask “seçkilərin saxtalaşdırıldığını” iddia edib.

Maskın ittihamlarına reaksiya verən Maduro, “İlon Mask, döyüş istəyirsən? Mən hazıram. Bolivarın oğluyam, Çavesin oğluyam, səndən qorxmuram, – deyib.

Maduro Venesuelanın əzəli düşməni elan etdiyi Maskı ölkədə zorakılıq törətməkdə ittiham edib.

Mask da ona verdiyi cavabda Maduronu dueldə çağırıb. Əgər Maks qalib gəlsə Madurodan diktaturadan istefa verməsini tələb edəcək. Məğlub olduğu təqdirdə sahibi olduğu “SpaceX” ilə Maduronu pulsuz olaraq Marsa göndərəcəyini bildirib.