“Demokratik idarəçiliklə bir araya sığmır”
“X” Braziliyadakı ofisini dərhal bağlamağa qərar verdi
ELŞAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Maskın Sorosla siyasi rəqabəti artır
“Tesla” CEO-su macar biznesmenin təsirini qırmaq istəyir?
-
“Məsuliyyətsiz ifadə”
Ağ Ev İlon Maskın Bayden və Harrislə bağlı zarafatına reaksiya verdi
-
Braziliyada “X”ə qadağa
Ölkənin ali məhkəməsi qanuni nümayəndə təyin etməyən platformaya girişi bağlayıb
-
““Dogecoin” üçün əla gündür”
İlon Mask 258 milyard dollarlıq kriptovalyuta məhkəməsini qazandı
-
Milyonlarla insana beyin çipi
İlon Mask “Neuralink”i kütləvi şəkildə implantasiya etmək istəyir
-
Mask ekoloqları qəzəbləndirib
Peyk görüntüləri 329 hektar ərazidə 500 min ağac kəsildiyini ortaya çıxıb
-
“Dalaşmaq istəyirsən?”
Milyarder məğlub olsa, prezidenti pulsuz Marsa göndərəcəyi sözü verir
-
Maskın Baydenlə arası necə dəydi?
Hər şey elektrikli avtomobillərin gələcəyi ilə bağlı görüşlə başladı...
-
İnəklər və milyonlar
Braziliya inəkləri Azərbayana necə «gəlib çıxdı»…
-
Azərbaycanın ilk Dünya Çempionu
Elxan Məmmədov cüdo tariximzə ilk qızıl əyyarlı medal qazandırdı
-
“X” sosial media platforması nümayəndəsinin Braziliyada senzura əmrlərinə əməl etmədiyi təqdirdə “həbslə təhdid edildiyini” bildirərək, bu ölkədəki ofisini “dərhal” bağlamaq qərarına gəldiyini açıqlayıb. Mövzu ilə bağlı sosial media platformasının Qlobal Hökumətlə Əlaqələr şöbəsindən yazılı açıqlama verilib.
Açıqlamada bildirilir ki, ötən gecə Braziliya Ali Məhkəməsinin sədri Aleksandr de Moraes, senzura əmrlərinə əməl etmədiyi təqdirdə “X”in ölkədəki qanuni nümayəndəsini “həbs etməklə hədələyib”.
Açıqlamada Moraesin bu hərəkətləri gizli əmrlə etdiyi bildirilərək, “Ali Məhkəməyə etdiyimiz çoxsaylı müraciətlərimiz nəzərə alınmasa da, Braziliya ictimaiyyətinə bu əmrlərlə bağlı məlumat verilmədi və Braziliyalı əməkdaşlarımız platformamızda məzmunun bloklandığına dair heç bir məsuliyyəti və ya nəzarəti yox idi. Moraes hüquqi prosesə hörmətlə yanaşmaq əvəzinə, Braziliyadakı personalımızı təhdid etməyə üstünlük verdi”, – deyilir.
Açıqlamada işçilərin təhlükəsizliyini qorumaq üçün “Braziliyadakı ofisin dərhal bağlanması” qərara gəlindiyi vurğulanıb.
Açıqlamada “X” xidmətinin Braziliya xalqına təklif edilməyə davam ediləcəyi və bu vəziyyətin məsuliyyətinin “yalnız” Moraesə aid olduğu bildirilib.
Mövzuyla əlaqədar sosial platformanın sahibi İlon Mask verdiyi bəyanatda, “Onun hərəkətləri demokratik idarəçiliklə bir araya sığmır. Braziliya xalqının seçim etmək hüququ var: demokratiya və ya Aleksandr de Moraes”, – deyib.