Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
09:52 | 18 avqust 2024 | Bazar
Məqaləyə 365 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
80 ildən sonra ilk dəfə hücuma məruz qalan Rusiya ərazisinin İkinci Dünya Müharibəsində əsas simvollardan biri olması taleyin paradokslarındandır. Kursk sərhədlərinin simvolizmi ondan irəli gəlir ki, məhz burada son dünya müharibəsinin nəticəsi həll olunurdu və fürerin məğlubiyyətinin əlamətləri də görünürdü.
Vladimir Putin Rusiya ərazisinin 350 kvadrat kilometrə qədər geniş ərazisini əhatə edən bu infiltrasiya əməliyyatını qəbul edə bilərmi?
Bu hərbi əməliyyatın arxasında müəmmalı, bəlkə də bir çox gizli şeylər var, görünən odur ki, bu hücum Ukrayna tərəfindən planlaşdırılıb və təşkil olunsa da, şübhəsiz ki, NATO peykləri tərəfindən izlənilməsindən tutmuş istifadə edilən qabaqcıl silahlara qədər hər şey hesablanıb. Əslində, Rusiya sərhədini keçən qüvvələr alman tanklarının görüntülərini dərc etməkdən və ABŞ-ın HİMARS raketlərindən istifadəni göstərməkdən çəkinməyiblər. Pentaqonun bu yaxınlarda Kiyev hökumətinə təhvil verdiyi “F-16” təyyarələri sürətli hücumda qabaqcıl rol oynadı. Bölgədəki Rusiya hərbi hava limanlarını bombalayan raketlərin adi deyil, taktiki nüvə raketləri olduğu partlayışların görüntülərindən sonra ortaya çıxıb.
Maraqlı sual budur: Bu qəfil əməliyyatın arxasında hansı strateji məqsəd dayanır?
Kiyevin qarşıdan gələn sülh danışıqlarında mövqeyini yaxşılaşdırmaq üçün reallığı dəyişmək cəhdindən tutmuş Rusiyanın bu ilin əvvəlindən güclü hücumları ilə əldə etdiyi sürəti ləngitməyə və ya sona çatdırmağa kimi müxtəlif baxışlar var. Başqa bir baxış budur ki, hücum Rusiyanın müharibənin nəticəsinin “dəhşətli Ukrayna məğlubiyyəti və tarixi Rusiyanın qələbəsi” kimi aydın olduğu barədə rəvayətini dəyişdirmək cəhdi idi. Birincisi Ukrayna xalqının mənəviyyatını yüksəltmək idi. İkincisi Rusiya qazını Avropaya tədarük edən və bu günə qədər fəaliyyət göstərən böyük qaz obyektinin ələ keçirilməsi yolu ilə böhranlı Rusiyaya iqtisadi təzyiqi gücləndirmək məqsədi daşıyıb. Lakin bütün bunlar bir gecədə edilə bilməz və tamamilə Ukraynaya məxsus plan ola bilməz. Tərtibatda NATO-nun barmaq izləri var. Ukraynanın itkiləri tezliklə Avropa xüsusi təyinatlılarının (çox güman ki, fransız və ya alman) iştirakını üzə çıxara bilər.
Putinin azsaylı şərhləri və bəyanatları təxribatçı və qorxulu görünür. Putin hadisələri təsadüfən mülki hədəflərə atəş açan Kiyev rejiminin ölkəsinə qarşı genişmiqyaslı təxribatı kimi qiymətləndirməyib. Sözügedən şərhdə Putinin Kiyevi dəstəkləyən, Ukraynadan kənara çıxan, Putin məğlub olana qədər pul və avadanlıq verməkdən çəkinməyən ABŞ başda olmaqla, Qərb ölkələrinə verdiyi cavabların əlamətləri var.
Burada soruşmaq lazımdır. Kiyevin Kurska hücumu ABŞ-ın 125 milyon dollar dəyərində yeni hərbi yardım göstərəcəyini bildirməsi fonunda həyata keçirməsi taleyüklü, yoxsa qismən təsadüfdür?
Bu sualın cavabı ABŞ-ın Kurskda baş verənlərdəki gizli rolu haqqında düşünmək qədər vacib deyil. Xüsusilə dünya yanarkən prezident Baydenin çimərlikdə günəş vannası qəbul etdiyi bir vaxtda Pentaqonda Rusiya-Ukrayna müharibəsi arenasında mümkün olan ən böyük strateji dəyişiklikləri həyata keçirmək üçün xaosun hazırkı mərhələsindən istifadə etməyə çalışanlar varmı?
Dörd ulduzlu Pentaqon generallarının və Amerika dərin dövləti daxilində mövqe tutanların, xüsusən də son dərəcə sağçı “Layihə 2025” ideologiyasını yaymağa hazırlaşanların barmaqlarının Ukraynada baş verənlərdən və yaxın gələcəkdə ola biləcəklərdən uzaq olduğuna inanmaq çətindir. Xüsusilə nəzərə almaq lazımdır ki, ABŞ dərin dövləti Rusiyanı yaxın təhlükə, Çini isə uzaq təhlükə hesab edir və açıq şəkildə XXI əsrin Amerika əsri olaraq qalmasını istəyirlər.
Putinin variantları hansılardır?
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram”dakı kanalı vasitəsilə baş verənləri qısa şəkildə dəyərləndirib və Rusiya tanklarının Reyxstaq binasının həyətinə çata biləcəyini vurğulayıb.
Medvedev bu açıqlamanı səbəbsiz verməyib. Əksinə, o, “Bild” qəzetində alman tanklarının sovet ərazisinə qayıtması ilə bağlı qəti təxribat xarakterli məqaləyə cavab verib. Bəs, almanların və ümumilikdə NATO-nun ilk və ən vacib gözləntisi nədir?
Bir sözlə, Kurskda baş verənlər 2023-cü ildə Vaqner qüvvələrinin üsyanından sonra Putinin üzləşdiyi ən böyük problemdir. Bu, Rusiya hakimiyyətinin reputasiyasına və simvol olmaqda davam edən kəşfiyyat gücünə və imkanlarına güclü, Putin şəxsiyyəti üçünsə böyük zərbədir.
Kursk hücumu bizi heç kimin getmək istəmədiyi bir nöqtəyə, Rusiya ərazisini və xalqını təhdid edən təhlükəyə məruz qaldıqda kütləvi qırğın silahlarının istifadəsinə icazə və imkan verən nüvə müharibəsi doktrinasını aktivləşdirmə nöqtəsinə aparır. Bu, nüvə münaqişəsi deməkdir.
NATO-nun məqsədi budurmu?