vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AVROPA  
11:52 | 20 avqust 2024 | Çərşənbə axşamı Məqaləyə 159 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Çox yaxşı vəziyyətdədir”

Birinci Dünya müharibəsində 524 nəfərlə birgə batan gəmi tapılıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Şotlandiya sahillərində I Dünya müharibəsi zamanı batdığı güman edilən və içərisində 500-dən çox adamın olduğu gəmi batan gəmi tapılıb. Son dərəcə yaxşı vəziyyətdə olan gəmi 100 ildir dənizin dibində olub.

Uzunluğu 118 metr və eni 18 metr olan “HMS Hawke” 1891-ci ildə suya buraxılıb.

Britaniya Kral Donanmasına aid olan gəmi uzun illər xidmət etmiş, lakin I Dünya müharibəsi zamanı Alman sualtı qayığın torpedo zərbəsi ilə ilə sulara qərq olmuşdu.

BBC-nin verdiyi məlumata görə, 1914-cü il oktyabrın 15-də atılan torpedo gəminin alov almasına, partlamasına və 8 dəqiqə ərzində suya batmasına səbəb olub. Partlayışdan 70 nəfər sağ çıxa bilsə də, gəmidə qalan digər 524 nəfər xilas ola bilməyib.

Şotlandiya sularında batan gəmilərin axtarışı ilə məşğul olan “Lost in Waters Deep” təşkilatı avqustun 12-də verdiyi açıqlamada nəhayət “HMS Hawke”i tapdıqlarını açıqlayıb.

Dağıntılar arasında gəminin “HMS Hawke” olduğunu təsdiqləyən heç bir sübut tapılmayıb. Bununla belə, dalğıclar bu bölgədə yoxa çıxdığı bilinən başqa bir gəmi olmadığını və qalıqların “HMS Hawke” də daxil olmaqla Edqar sinfinə aid xüsusiyyətləri daşıdığını bildiriblər. Bununla da dalğıclar axtardıqları gəmini tapdıqlarından demək olar ki, əmin olduqlarını deyiblər.

Dalğıc qrupunun üzvü Uill Şvarz deyir ki, onun “HMS Hawke”dən başqa bir gəmi ola bilməsinin heç bir əsası yoxdur.

Dağıntıları müəyyən etmək üçün “Lost in Waters Deep” ilk olaraq sualtı qayıq komandirinin gündəliyini araşdıraraq torpedonun nə vaxt atıldığını anlamağa çalışıb. Daha sonra gəminin hara batdığını müəyyən etmək üçün Kral Donanmasının qeydlərinə baxıblar.

1980-ci illərdə dalğıclar şotlandiyalı balıqçıların hərəkətsizik olduğunu dedikləri ərazidə suya baş vurmuşdular, lakin əvvəlcə heç bir nəticə alınmamışdı.

Sonrakı axtarışlarda bu hərəkətsilikdən təxminən 1 kilometr aralıda nəhəng bir dağıntı aşkar etdilər.

Dalğıc Stiv Mortimer “BBC Scotland”a, “Tədqiqat illər çəkdi, lakin biz bu ərazidə cəmi bir neçə saat sərf etdik”, – deyib

Mortimer, dənizin 110 metr dərinliyində aşkar edilən gəminin son dərəcə yaxşı vəziyyətdə olduğunu söyləyib: “Arxa tərəfdə kapitanın getməsi üçün böyük bir yol var. Bir də döyüş gəmisi olduğu üçün təbii ki, çoxlu silah var”.

“Kral Donanmasında kifayət qədər saxsı qablar var. Bu heyranedicidir. Pəncərələrin çoxu hələ də açıq olmasından bəlli olur ki, gəmi qəfil hücuma məruz qalıb”.

CNN-ə danışan Şvarz, böyük əksəriyyəti salamat qalan gəmi haqqında dedi: “Silahlar hələ də aktivdir, o qədər yaxşı cilalanmışdır ki, inanılmazdır”.

“Mən əvvəllər belə yaxşı vəziyyətdə silah görməmişdim, onlar tamamilə gözəldir. Bununla belə, burada 524 gəncin həyatını itirdiyindən də təəssüflənirik”.

 

Schwarz deyir ki, gələcək tədqiqatlar dağıntıların HMS Hawke-ə aid olduğunu qəti şəkildə sübut edəcək elementləri ortaya çıxara bilər.

 

BBC-nin məlumatına görə, Kral Hərbi Dəniz Qüvvələrinin yaxın həftələrdə qəzaya uğrayanları rəsmi olaraq müəyyən edəcəyi gözlənilir.