vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
16:12 | 20 avqust 2024 | Çərşənbə axşamı Məqaləyə 206 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyevdən Moskvaya iman zərbəsi

Ukraynada Rusiya ilə əlaqəli kilsələr qadağan edilir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna parlamenti Moskva Patriarxlığına bağlı kilsələrini qadağan etmək qərarına gəlib. Ali Rada Ukrayna Pravoslav Kilsəsinin ölkədə fəaliyyətini qadağan edən qərar qəbul edib.

Parlamentin plenar iclasında “Ukrayna ərazisində dini qurumların, o cümlədən Rusiya Federasiyasına bağlı olanların fəaliyyətinin qadağan edilməsi haqqında” qanun layihəsinə səsvermə keçirilib. Moskva Patriarxlığına bağlı Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətini qadağan edən qanun layihəsi səsvermədə iştirak edən 322 deputatdan 265-nin səsi ilə qəbul edilib.

***

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna parlamentinin qəbul etdiyi qərara münasibət bildirib. Rusiyanın “Zvezda” telekanalına açıqlamasında Zaxarova, "Burada məqsəd əsl pravoslavlığı kökündən məhv etmək və onun yerinə saxta pravoslav kilsəsi yaratmaqdır. Bu, Ukraynada pravoslavlığın məhv edilməsidir”, – deyib.

Zaxarova Ukrayna kilsəsinin “separatçı” olduğunu və Rusiya Patriarxlığına bağlı müqəddəs tikililəri ələ keçirdiyini iddia edib.

Ukraynadakı bəzi din xadimləri Moskva kilsələrinə cavab olaraq Kiyev Patriarxlığı Ukrayna Pravoslav Kilsəsini və Ukrayna Müstəqil (Avtosefal) Pravoslav Kilsəsini qurduqlarını bəyan ediblər. Ancaq bu quruluşun pravoslav təriqətində etibarlı olması üçün bu kilsələrin Yunan Pravoslav Patriarxlığı və ya digər patriarxlıqların yarısı tərəfindən tanınması qaydası var idi.

Əhalinin əksəriyyətinin pravoslav təriqətinə mənsub olduğu Ukraynada kilsələrin bəziləri Moskva Patriarxlığının, bəziləri isə Kiyev Patriarxlığının nəzarəti altında idi. Bəzi kilsələr də Ukrayna Müstəqil Pravoslav Kilsəsinə aid idi.

2018-ci ildə Ukraynanın o vaxtkı prezidenti Pyotr Poroşenko İstanbul Konstantinopol Pravoslav Kilsəsi Patriarxlığına müraciət edərək Kiyev Patriarxlığına bağlı Ukrayna Pravoslav Kilsəsinə avtokefaliya (Pravoslavlıqda öz başçıları tərəfindən idarə olunan pravoslav kilsələrinə verilən ad) tətbiq edilməsini istəyib. 1992-ci ildə. İstanbul Patriarxlığı məsləhətləşmələrdən sonra Kiyev Patriarxlığına müstəqillik hüququ verdi.