vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
08:17 | 26 avqust 2024 | Bazar ertəsi Məqaləyə 132 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

20 PUA ilə hücum

Ukraynanın hücumu zamanı aparatlardan biri Saratovda çoxmərtəbəli binaya çırpılıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın Rusiya ərazisində ünsürlərə qarşı gecə hücumu zamanı pilotsuz uçuş aparatlarından (PUA) biri Saratov şəhərində çoxmərtəbəli binaya düşüb.

Rusiyanın Saratov vilayətinin qubernatoru Roman Busargin “Telegram” kanalında verdiyi açıqlamada Ukrayna ordusunun ötən gecə PUA-larla Saratov şəhərinə hücuma keçdiyini bildirib. Saratov qubernatoru verdiyi açıqlamada Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilən pilotsuz uçuş aparatlarının qalıqları nəticəsində Saratov şəhərində yaşayış kompleksinin zədələndiyini bildirib.

Hücumda yaralananların olduğunu bildirən Busargin, “İHA hücumu nəticəsində Predmostovaya meydanında bir binaya qismən ziyan dəyib”, – deyib.

Busargin, “Bir qadın ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni edirlər”.

Şəhərin digər yerlərində də bəzi evlərin zərər gördüyünü bildirən Busargin, vurulan binalardan mülki şəxslərin təxliyə edildiyini bildirib.

Bölgə rəsmiləri ilə görüşündə Busargin hücumdan zərər çəkmiş mülki şəxslər üçün yardım mərkəzlərinin yaradılması və zədələnmiş binaların ən qısa zamanda təmir edilməsi ilə bağlı göstəriş verib.

Sosial şəbəkələrdə PUA-lardan birinin Saratov şəhərində çoxmərtəbəli binaya çırpıldığı anın görüntüləri yayılıb.

Rusiyanın Saratov vilayətinin qubernatoru bu gün verdiyi açıqlamada Ukraynanın PUA-nın Moskvadan yüzlərlə kilometr cənub-şərqdə yerləşən bölgəyə hücumu nəticəsində Saratov və Engels şəhərlərində bir qadının yaralandığını, bir neçə evin zərər gördüyünü açıqlayıb.

Rusiyanın Engelsdə hərbi təyyarə eskadrilyalarının yerləşdiyi strateji hərbi bazası var. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Ukrayna bazaya bir neçə dəfə hücum edib.

***

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın ötən gecə Rusiya ərazisinə hücum etməyə cəhd etdiyi və 20 pilotsuz uçuş aparatının məhv edildiyi qeyd edilib.

Açıqlamada hücumun qarşısı alındığı bildirilib: “Saratov vilayətində 9, Kursk vilayətində 3, Belqorod vilayətində 2, Bryansk vilayətində 2, Tula vilayətində 2, Orlov vilayətində 1 və Ryazan vilayətində 1 PUA Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”.